Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
11.06.2026 [16:29]
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlinin “Novruz bayramında yemək rituallarının funksional semantikası” mövzusunda məruzəsi dinlənilib. O, Novruz bayramı türk xalqlarının ən qədim və zəngin mədəni ənənələrindən biri kimi yalnız təqvim bayramı deyil, həm də dərin simvolik məna daşıyanmərasim sistemi olduğunu qeyd edib. Tədqiqatçının fikrinə görə, Novruzun yemək ritualları xalqın dünyagörüşünü, təbiətə münasibətini, bolluq arzusunu və sosial birlik ideyasını özündə əks etdirən məkan kimi çıxış edir. Bu baxımdan türk xalqlarının Novruzda hazırladıqları yeməklər təkcə qida deyil, müxtəlif mənalar daşıyan rəmzlərdir.
Daha sonra şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadə “Türk və ərəb folklorunda kölgə oyunlarının janr xüsusiyyətləri” mövzusunda məruzə edib. Tədqiqatçının fikrincə, ərəb dünyasında məşhur olan kölgə oyunları, kölgə tamaşaları xalq arasında çox geniş yayılıb. Qaynaqlarda kölgə oyununun mənşəyi, yaranma tarixi haqqında müxtəlif fikirlərə rast gəlmək mümkündür. Dünyada kölgə oyunlarının İndoneziyada yarandığı və ya Hindistan mənşəli olduğu söylənilir. Bəziləri bu oyunun Çindən çıxmış olduğunu irəli sürürlər. Kölgə oyunu istər İndoneziya, istər Hindistanda, istərsə də Çində yaranmış olsun, bu oyunun Qərbə Asiyadan gəldiyi fikri hakimdir. Bu oyun “Pərdə oyunu”, “Çadır oyunu” adı ilə bərabər “Qaragöz” adı ilə də məşhurlaşıb. Kukla-kölgə oyunu bir çox ərəb ölkələrində səhnələşdirilib. Xüsusilə Misir, Suriya, Əlcəzair, Tunis, Liviya və Mərəkeşdə kukla-kölgə oyunları daha çox inkişaf etmişdir.
Tədqiqatçı kölgə teatrının mətnləri şərq şəhərlərinin zəngin həyat abu-havasını bərpa etmək, xalq bayramlarının, yarmarkaların və milli adətlərin rəngarəng təsvirləri ərəb mədəni ənənələrinin öyrənilməsi üçün zəruri tarixi mətnlər olduğunu, eyni zamanda, kölgə teatrının mətnlərini və süjetlərini sistemləşdirilməsində bir çox alimlərin səyləri olduğunu söyləyib.
Elmi seminar müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

