Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb
13.08.2011 [11:15]
Dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
Əvvəlcə şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahda aparılan inşaat işlərinin gedişi barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulan bu iqamətgahda dindarların ibadəti və müqəddəs mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, dövlətimizin başçısının milli mənəvi dəyərlərimizə qiymət verərək bu gün bizimlə bərabər olması həm də xalqımıza, millətimizə, dinimizə, milli ənənəmizə verdiyi böyük qiymətdir.
Azərbaycanda dini dəyərlərin qorunmasında Ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini qeyd edən şeyxülislam ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin bütün dünyada nüfuz sahibi olan dövlətlərdən birinə çevrildiyini bildirib.
Azərbaycanda dini ənənənin, tolerantlığın dünyada örnək olduğunu deyən A.Paşazadə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına, mədəniyyət abidələrimizin bərpa ediləcəyinə əminliyini bildirib. O qeyd edib ki, mərasimdə bütün dinlərin nümayəndələrinin iştirakı Azərbaycanın dünyada mənəvi dəyərlərə yüksək qiymət verilən bir məkana çevrildiyini göstərir.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bütün dinlərə eyni səviyyədə hörmət və ehtiramın göstərildiyi Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanındığını bildirdilər və təbriklərini çatdırıblar.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev müqəddəs Ramazan ayında belə görüşlərin artıq gözəl ənənəyə çevrildiyini bildirib. Əsası Ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin bütün sahələrdə olduğu kimi, uğurla davam etdirildiyini bildirib.
Azərbaycanda din-dövlət münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələrinin rahat, dostluq-qardaşlıq şəraitində yaşadığını bildirib və bunun dövlətimizin gücü olduğunu qeyd edib.
Bu il müstəqilliyimizin 20 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu deyən Prezident İlham Əliyev Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını, ölkəmizin dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin ədalətli, beynəlxalq hüquq normaları və respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına şübhə etmədiyini bildirib.
Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Sonra iftar süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48

