Heydər Əliyev istefa verdi və 2 həftə sonra...
03.12.2022 [10:00]
40 il əvvəl - 3 dekabr 1982-ci il
İlham Əliyev: Heydər Əliyev gedəndən sonra 2 həftə keçməmiş erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı
Mübariz ABDULLAYEV
1982-cü il, 3 dekabr tarixi. Həmin tarixdə xalqımızın ümummilli lideri Heydər Əliyev Bakıdan keçmiş ittifaqın paytaxtı Moskvaya getdi. Bu gediş adi bir gediş deyildi. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. İttifaq rəhbərliyində Onu məsul vəzifələrin icrası gözləyirdi. Keçmiş ittifaqda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar və bütün İslam dünyasını təmsil edən insanlar Ulu Öndərin dünyanın ən böyük dövlətlərindən birinin ali rəhbərliyinə yüksəlməsinə görə bir-birlərinə gözaydınlığı verir, bundan sonsuz iftixar duyduqlarını bildirirdilər.
Heydər Əliyev hər zaman Azərbaycan xalqı və bütün İslam aləmi üçün qürur, iftixar və güvən mənbəyi olub. Bu da onunla bağlıdır ki, Onun bütün fəaliyyəti xalqımıza, respublikamıza və bununla da İslam aləminə yüksək başucalığı gətirib. O, Azərbaycana ideoloji baxımdan iki fərqli ictimai-siyasi formasiyada rəhbərlik edib. Ancaq amalını, həyatının məqsədini xalqına sədaqətlə xidmətdə görən Heydər Əliyev üçün ideoloji çərçivələrin fərqliliyi bir önəm daşımırdı - O, keçmiş sovet dönəmində də, müstəqillik illərində də sədaqətlə doğma Azərbaycan naminə çalışırdı. Onun vətənpərvərliyinin, milli təəssübkeşliyinin, müdrikliyinin və bacarığının miqyası isə ölçüyəgəlməz qədər geniş idi. Azərbaycanın həyatının elə bir sahəsi yoxdur ki, biz orada Ulu Öndərimizin izinə və mirasına rast gəlməyək.
Ermənilərin Dağlıq Qarabağa iddiaları həmişə olub, onlar bu məsələni daim müxtəlif yollarla ittifaq dövlətinin gündəliyinə daşımağa çalışıblar. Ancaq Heydər Əliyev fenomeni həmişə onların bəd niyyətlərini gözlərində qoyurdu. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı. Ulu Öndər ötən əsrin altmışıncı illərində Azərbaycan SSR DTK-da müxtəlif vəzifələrdə çalışarkən və sonradan qurumun sədri olarkən erməni millətçilərinin Ermənistanda və Xankəndidə Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı fəaliyyətlərinin izinə düşmüşdü. Erməni millətçiləri tərəfindən hazırlanan bu ssenarilər müxtəlif istiqamətləri əhatə edirdi. Bu ssenarilərə həmçinin Xankəndidə və digər ərazilərdə erməni əhalisinin Azərbaycan hakimiyyətindən narazılığını ifadə edən aksiyaların təşkil olunması, milli zəmində cinayətlərin törədilməsi, hətta erməni gənclərinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi, Dağlıq Qarabağın respublikamızla iqtisadi bağlılığının olmaması ilə əlaqədar təbliğatlar aparılması və s. daxil idi. Respublika DTK-nın sədri Heydər Əliyev bütün bu kimi faktlar barədə müfəssəl hesabatlar hazırlayaraq respublikanın o vaxtkı rəhbərliyinə təqdim etdi və qeyd olunan ssenarilərin hamısının qarşısını aldı. O, erməni millətçilərinin planlarının pozulması əməliyyatlarında şəxsən iştirak edir və tez-tez Xankəndiyə, Şuşaya gedirdi. Məsələn, Xankəndidə millətçi ruhlu gizli vərəqələr hazırlayıb yayan qurup aşkarlandı və həmin qrupun 30 nəfərədək üzvü saxlanıldı. 1967-ci ilin əvvəllərində Dağlıq Qarabağda əvvəlcədən hazırlanan plana əsasən milliyyətcə eməni olan şəxs öldürüldü. Ermənilər bu qətlin azərbaycanlılar tərəfindən onlara təzyiq göstərmək məqsədilə törədildiyini iddia edərək hadisələri başqa məcraya yönəltmək istəyirdilər. Onlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkün olmadığı rəyini formalaşdırmaqla çirkin məqsədlərinə nail olmağa çalışırdılar. Heydər Əliyev özünə xas olan müdrikliklə ermənilərin planlarını pozdu. Həmin dövrdə Heydər Əliyev hadisələri yerində araşdırmaq üçün 15 gün Dağlıq Qarabağda olmuşdu. İstintaq prosesi onun şəxsi nəzarəti altında aparıldı və günahkarlar layiqli cəzalarını aldılar.
Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanla iqtisadi inteqrasiyasının olmadığını əsaslandırmağa çalışırdılar. Ancaq Heydər Əliyevin keçmiş ittifaq dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə məqsədyönlü fəaliyyəti sayəsində ermənilərin bu əsaslandırmalarının da qarşısı alındı. Onun səyləri sayəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi, Dağlıq Qarabağda da genişmiqyaslı infrastruktur quruculuğu işləri görüldü, burada bir sıra istehsalatların filialları yaradıldı, aran və dağlıq Qarabağı birləşdirən Ağdam-Xankəndi dəmiryolu çəkildi. Ulu Öndər 1979-cu il yanvarın 12-də həmin yolun açılışında şəxsən iştirak etdi.
Heydər Əliyev Dağlıq Qarabağda yaşayan azərbaycanlılar arasında milli ruhun gücləndirilməsinə böyük səy göstərirdi. Şuşanı Azərbaycanın rəmzi kimi dəyərləndirən Heydər Əliyev burada mədəni mühitin canlandırılması üçün müxtəlif layihələrin, poeziya və musiqi bayramlarının keçirilməsinə nail olurdu. 1982-ci il yanvarın 14-də qarlı havada Heydər Əliyevin və ailə üzvlərinin iştirakı ilə Şuşada M.P.Vaqifin əzəmətli məqbərəsinin böyük təntənə ilə açılışı baş tutdu. Bütün bu kimi layihələrlə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanla iqtisadi, mədəni və milli bağlılığını gücləndirirdi.
Sonrakı mərhələdə- Ulu Öndər Moskvada keçmiş ittifaq rəhbərliyində çalışdığı dövrdə də ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının gündəmə gəlməsinə imkan vermədi. Heydər Əliyevin Özü ermənilərin fitnəkarlıqlarını belə xatırlayırdı: “60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Keçmiş ittifaq rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev 1987-ci il oktyabr plenumunda tutduğu vəzifələrdən istefa verdi. Bununla da ermənilərin qarşısındakı sipər aradan qalxdı və onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda açıq fəaliyyətə başladılar. Belə ki, M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində mətbuata verdiyi müsahibəsində keçmiş DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Ermənilərin Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsini özləri üçün bir fürsət kimi dəyərləndirmələrinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Amma onlar (ermənilər nəzərdə tutulur-red.) nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

