Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri ilə görüşü olub
15.03.2017 [10:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Parisdə Fransa Respublikası Milli Assambleyasının sədri Klod Bartolon ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Klod Bartolon qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Klod Bartolon birgə foto çəkdiriblər.
Klod Bartolon Azərbaycan Prezidenti İlham Əliyevi Milli Assambleyada görməkdən şad olduğunu bildirib. O, bir neçə il əvvəl Milli Assambleyada xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşlərini xatırladıb. Milli Assambleyanın sədri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, belə səfərlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib. Azərbaycan ilə Fransa arasında enerji sahəsində yaxşı əməkdaşlığın olduğunu deyən Klod Bartolon fransız şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə çox yaxşı fəaliyyət göstərdiklərini vurğulayıb. Milli Assambleyanın sədri Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını qeyd edib.
Prezident İlham Əliyev hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Fransaya rəsmi səfəri çərçivəsində mühüm sənədlərin imzalanacağını deyən Prezident İlham Əliyev MEDEF-in üzvləri ilə keçirdiyi görüşün səmərəli olduğunu, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye sahələrində əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırlayıb. Fransız şirkətlərinin Azərbaycan ilə səmərəli əlaqələr qurduğunu deyən dövlətimizin başçısı Azərbaycanın da Fransa ilə bir çox sahələrdə yaxşı əməkdaşlıq etdiyini söyləyib. Dövlətimizin başçısı Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün səylə çalışdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında mədəni sahədə də çox güclü əməkdaşlığın olduğunu, Azərbaycanda Fransız Liseyinin və Universitetinin fəaliyyət göstərdiyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın 10-dan artıq regionunun Fransa regionları ilə qardaşlaşdığını vurğulayıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən Azərbaycan Prezidenti münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. İyirmi beş ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərinin nəticəsiz qaldığını deyən Prezident İlham Əliyev qurumun həmsədri kimi Fransanın münaqişənin həllində daha fəal olacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı İlham Əliyev Fransa Milli Assambleyasının sədri Klod Bartolonu Azərbaycana səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58

