İlham Əliyevin Bişkekdən dünyaya mesajı
08.11.2024 [10:20]
Dəqiq hədəflər, yeni inkişaf konsepsiyası...
Ötən 15 il ərzində uğurlu iqtisadi-siyasi konsepsiyası və ideoloji əsasları formalaşdırılan, suveren, milli mənafeyə söykənən prinsipləri özünün inkişaf kredosuna çevirən Türk Dövlətləri Təşkilatı mühüm regional status qazanıb. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərlə yanaşı, mənəvi nailiyyətlər də göz oxşayır - vahid iqtisadi-ticari zonanın müəyyənləşdirilməsi uğrunda səylərin göstərilməsi, maraqların uzlaşdırılması vahid Türk dünyasının inkişaf sərhədlərinin geniş olduğunu göstərir. Eyni zamanda, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması prioritet hədəf kimi TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir. Bu mənada, Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü xüsusilə yaddaqalan oldu. Bu tədbir ötən 15 ilin hesabatı xarakteri daşımaqla yanaşı, həm də gələcək üçün yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyırdı.
Qarabağ bəyannaməsi əməkdaşlığın dərinləşməsinə töhfə verir...
Azərbaycanın TDT-nin gələcək inkişafı ilə bağlı yaratdığı geostrateji potensial ölçüyəgəlməzdir - istər bu birliyin daha da möhkəmlənməsi, istər iqtisadi gücünün daha da irəliyə aparılması kimi faktorlar üzərində ölkəmiz təşkilatın strateji yol xəritəsini təqdim edir. Məsələn, bu ilin yayında Şuşada imzalanan Qarabağ bəyannaməsi təşkilatın tarixində yeni bir mərhələ yaratdı. Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bu nüansa toxunaraq bildirib ki, iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Şuşada imzalanan Qarabağ bəyannaməsi Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan, türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Beləliklə, bu sənəd yeni dövr üçün TDT-nin əsas inkişaf konsepsiyasına çevrilir.
Dəstəyimizi əsirgəmirik...
Təbii ki, müasir dünyada qəbul edilən bir reallıq mövcuddur - hər bir siyasi uğurun arxasında güclü iqtisadiyyat dayanır. TDT-nin də gələcək inkişafı iqtisadi təməllərinin möhkəm olması ilə düz mütənasibdir. Prezident İlham Əliyev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Beləliklə, Azərbaycan növbəti dəfə özünün lider statusunu təsdiqləyir. Ölkəmizin təşəbbüsü ilə meydana çıxan çağırışların həyata keçməsi, uğur qazanması üçün davamlı dəstəyimizi əsirgəmirik. Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geocoğrafi məkanını özündə birləşdirən TDT-nin yeni dövrün nizamında özünəməxsus yer tutması iqtisadi gücünün artım tempinə əsaslanacaq - bu, aksiomadır. Məhz bu gücün formalaşması, inkişaf etməsi və özünü sübuta yetirməsi üçün Azərbaycan bütün gücünü səfərbər edir.
Kollektiv müdafiə sistemi...
Günümüzün reallığında ölkələrin fərdi müdafiə sistemləri ilə yanaşı, kollektiv müdafiə reflekslərinin artırılmasına böyük ehtiyac duyulur. TDT-nin qarşıdakı dövr ərzində strukturlaşma mexanizmində yeniliklərə əl atacağı da istisna deyil - belə olacağı təqdirdə, yeni dövr üçün TDT özünün müdafiə gücünü daha da irəliyə daşımaq iqtidarındadır. Müdafiənin gücləndirilməsi məsələsi Bişkek Zirvəsində də gündəmə gəldi. Prezident İlham Əliyev 11-ci Zirvə toplantısındakı çıxışında bildirib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib: “Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Qeyd edək ki, bu məsələ Qarabağ Bəyannaməsində də öz əksini tapıb - bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri vurğulanır. Paralel olaraq Azərbaycan ilə Türkiyə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi yeni dövr üçün Türk ölkələrinin hərbi əməkdaşlığı üçün əsas ola bilər - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir.
Orta Dəhliz seqmenti...
Azərbaycan post-müharibə dövründə TDT-nin inkişafı üçün mühüm bir baza formalaşdırıb: Şərq - Qərb seqmenti üzrə qısa və təhlükəsiz yolla daşımaların təmin olunması bütövlükdə təşkilat üçün mühüm iqtisadi-ticari üstünlüklər yaradıb. Prezident İlham Əliyev çıxışında bildirib ki, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır: “2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.
Bəli, Azərbaycanın Orta Dəhliz üzrə qarşılıqlı inteqrasiya prosesinə kompleks şəkildə yanaşma sərgiləməsi Cənubi Qafqazın Mərkəzi Asiya və Türkiyə ilə vahid geosiyasi məkan anlamı qazanmasına qarantiya verir. Orta Dəhlizin potensialının tam üzə çıxarılması üçün isə logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması mütləq şərtə çevrilir. Beləliklə, Orta Dəhlizin rəqəmsallaşması tranzit xəttin üstünlüklərini artırır.
Yaşıl hədəflər uğrunda...
Azərbaycanın irəli sürdüyü yaşıl dünya təşəbbüsü hazırki qlobal iqlim problemi üçün mühüm müzakirə platformasıdır. Bu mənada, bir neçə gündən sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə əsaslı bir mərhələ təşkil edəcəyi şübhəsizdir. Ölkəmizin sülh və təhlükəsizlik, yaşıl inkişaf xətti uğrunda ortaya qoyduğu iradə bütün ştrixləri ilə qlobal əməkdaşlığın güclənməsinə hədəflənib. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür: “Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12
