Multilaterializm prinsiplərinə əsaslanmaqla...
26.10.2024 [11:01]
Azərbaycan çoxtərəfli diplomatik əlaqələrin inkişafına töhfə verir
XXI əsr, xüsusilə üçüncü onillik yeni iqtisadi-siyasi çağırışları aktual edir. Mövcud kataklizmlərin lokallaşdırılması, iqtisadi hədəflərin seçilməsi, qlobal çağırışların səsləndirilməsi, təşəbbüslərin irəli sürülməsi, ən əsası fərdi maraqların qlobal maraqlara dəyişilməsi kimi mövcud faktorlar yeni dövrün xarakterik siluetini təşkil edir. Azərbaycanın həyata keçirdiyi siyasət həm də bu mənada, bütün kriteriyalar üzrə düzgün istiqamətləndirilib. Müasir qlobal çağırışları əsas götürərək çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən Azərybaycan qısa zaman kəsiyində mühüm uğurlara imza atıb. Ölkəmizin keçdiyi iqtisadi-siyasi yola nəzər salsaq:
- Son 20 ildə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuşuq;
- Ölkəmiz çoxtərəfliyin təşviqi ilə bağlı mühüm bir xətti izləyir;
-Yürüdülən çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünki uğurlarının ən mühüm komponentlərindən biri kimi çıxış edir.
Çoxtərəfli siyasi münasibətlər sisteminin əyani tablosu...
Beləliklə, bir həqiqət növbəti dəfə təsdiqlənir - Azərbaycanın məyyənləşdirdiyi siyasi hədəflər yalnız Cənubi Qafqaz sərhədləri ilə məhdudlaşmır, daha geniş geocoğrafi anlam daşıyır. Əgər 2020-ci ilə qədər Azərbaycan özünün inkişaf göstəricilərinə əsasən Cənubi Qafqazın lideri sayılırdısa, post-müharibə dövründə, qlobal oyunçu kimi beynəlxalq münasibətlər sisteminin mühüm bir parçasına çevrilməyi bacardı. Burada məsələ yalnız 44 günlük Vətən müharibəsi və onun nəticələri, yaratdığı reallıqlar ilə çərçivələnmir - mahiyyət etibarı ilə Azərybaycan müharibədən öncə də qlobal təşəbbüsləri ilə gündəmə gəlir, beynəlxalq situasiyanın müəyyənləşməsi prosesində özünü ifadə edirdi. Ölkəmiz bu davranış və yaratdığı mənzərə ilə müasir beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin tablosunu formalaşdırıb. Bu fikri misallarla da təsdiqləmək olar:
- 2011-ci ildə BMT TŞ-nin qeyri-daimi üzvü kimi Mərkəzi Avropanı təmsil etməsi və təmsilçiliyi dövründə bu məsuliyyəti layiqincə həyata keçirməsi;
- 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövrümüz və həmin vaxt qlobal problemlərə qarşı vahid mübarizə platformasının yaradılması...
Beləliklə, Azərbaycanın yaratdığı presedent dünya üçün yeni bir nümunə ortaya qoyur: çoxtərəfliyin əyani isbatı, qlobal mənafenin qorunmasının əməli sübutu, beynəlxalq hüquq və ədalət çərçivəsində yanaşmanın formalaşdırılmasının bariz formatı...
Fəal qlobal əməkdaşlığın nümunəsi: Qoşulmama Hərəkatı...
Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/”BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Bəli, Azərbaycanın çoxtərəfliliyə sədaqətinin ən bariz nümunələrindən biri məhz Qoşulmama Hərəkatına edilmiş uğurlu sədrlik dönəmidir - ötən 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq hələ də təqdir edilməkdədir. 2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammitindən sonrakı müddətdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üzv ölkələr tərəfindən iki dəfə yekdil səsçoxluğu ilə dəstəklənib - həm sədr seçkisi zamanı, həm də sədrlik müddətimiz uzadılan zaman. Bu platforma Azərbaycanın qlobal müstəvidə oynaya biləcək mühüm rolunu bütün dünyaya nümayiş etdirdi - Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Çoxtərəfli əməkdaşlığın inkişafına göstərilən dəstək, qlobal müzakirələrdə bütün dövlətlərin maraqlarının nəzərə alınması kimi müasir dövrdə bir az ikinci plana düşmüş prinsiplər Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatı üçün əsas tezislərinə çevrilməyi bacardı. Məsələn, bizim Hərəkata sədrlik dönəmimizə təsadüf edən COVİD 19 pandemiyası dövründə Azərbaycan qlobal diqqəti bu problemlə mübarizədə təmərküzləşdirə bildi - ölkəmiz dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsinə nail oldu. Azərbaycan tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılmasına nail oldu - hansı ki, bu gün də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Azərbaycanın peyvənd ayrı-seçkiliyinin qarşısının alınmasında oynadığı rol isə daha mühüm əhəmiyyət kəsb edir - ölkəmiz həmin çətin günlərdə peyvəndlərin ədalətli bölgüsünü mühüm prioritetlərdən biri kimi bütün dünyaya təqdim etdi. Hətta bir sıra ölkələrin peyvəndlə təmin edilməsi üçün səy göstərən Azərbaycan bütün dünyaya örnək bir presedent bəxş etdi.
BRICS: uğurlu təcrübənin yaradacağı yeni perspektivlər...
Bu, sadəcə, bir qlobal problem üzərindən Azərbaycanın uğurlu fəaliyyətinin araşıdırılması sayıla bilər. Azərbaycanın hazırladığı və ortaya qoyduğu strateji yol xəritəsi çoxtərəfliliyin konseptual olaraq qəbul edilməsində əhəmiyyətli rol oynayır. Bunun nəticəsidir ki, artıq dünya fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən çoxtərəfliyin üstünlüklərini əyani şəkildə görür və qiymətləndirir. Bu gün həm Qoşulmama Hərəkatının fəal üzvü, həm də digər əməkdaşlıq platformalarının aparıcı siması kimi Azərbaycan özünün formalaşdırdığı bu yüksək dəyərin təbliğatını inkişaf etdirir. Mövcud reallıqda BRICS yeni yaranan platforma sayılsa da, mühüm hədəflərə malikdir. Azərbaycan özünün təcrübəsini həm də bu təşkilatın fəaliyyət yoluna proyeksiya edə bilər ki, bu da təşkilata və onun üzv ölkələrinə mühüm dividend yaradar, həm siyasi, həm iqtisadi əməkdaşlıqda yeni perspektivlər formalaşdırar. Təsadüfi deyil ki, BRICS+ formatında Azərbaycan kimi yüksək və ardıcıl inkişaf trayektoriyası izləyən ölkələrin fəal iştirakı həm coğrafi, həm də iqtisadi cəhətlər arasındakı əlaqələrin güclənməsinə yol açır - Şimal-Cənub, Şərq-Qərb istiqamətli diapazonun kəsişməsi məhz Azərbaycanda reallaşır. Uğurlu siyasi təcrübəsi ilə yanaşı, özünün təqdim etdiyi geoiqtisadi və geosiyasi üstünlüklərlə Azərbaycan bu təşkilat üçün maraqlı bir ölkə statusunu qazanır. Yaranan münasibətlər məhz bu nöqteyi-nəzərdən daha fəal inkişaf yolu izləməyə imkan yaradır.
Azərbaycan beynəlxalq birliyə əməkdaşlıq və tərəfdaşlıq nümunəsi göstərir - ölkə maraqlarının qlobal mənafe ilə uzlaşdırılması, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, sabitliyə xidmət edən xəttə dəstəyin verilməsi, sülh uğrunda yorulmaz səy göstərilməsi respublikamızın yaratdığı reallıqlar içində dəstəklənən yeni münasibətlər sisteminin ana xəttini təşkil edir. Multilaterializm prinsipilərinə bağlılıq və bu xəttin əsas götürülməsi Azərbaycanın uğurlu çoxtərəfli siyasi kurs yürütməsində əsaslı rol oynayır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50

