Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada güclü külək nəticəsində aşan ağac üç nəfərin ölümünə səbəb olub

Almaniyada güclü külək nəticəsində aşan ağac üç nəfərin ölümünə səbəb olub

05.04.2026 [22:40]

Almaniyanın Şlezviq-Holştayn əyalətinin Flensburq şəhəri yaxınlığında ağacın aşması nəticəsində azı üç nəfər ölüb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, təxminən 30 metr hündürlüyündə ağac güclü külək nəticəsində bir qrup insanın üzərinə aşıb. Hadisə nəticəsində 21 yaşlı qadın və 10 aylıq övladı, eləcə də 16 yaşlı bir yeniyetmə həlak olub. Bundan başqa, bir neçə nəfər xəsarət alıb. Ağır xəsarət almış bir qadın xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalara görə, hadisə 50 sakinin Pasxa yumurtası axtarışı oyunu üçün üçün meşəyə gəzməyə çıxdıqları vaxt baş verib.

Xatırladaq ki, Almaniya Meteorologiya Xidmətinin proqnozunda ölkənin şimalında müşahidə olunan güclü küləyin sürətinin saatda 55-65, bəzi açıq ərazilərdə isə 80 kilometrə çatacağı bildirilmişdi.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30