“Sabah” qəzeti: Ermənilərin “soyqırımı” yalanı əsrin böhtanıdır
24.04.2025 [10:56]
1915-ci ilin qondarma “soyqırımı” mifi ermənilər tərəfindən Türkiyənin beynəlxalq aləmdə mövqeyinə xələl gətirmək üçün israrla təbliğ olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 24-də Türkiyənin “Sabah” qəzetində dərc olunan “Əsrin böhtanı – soyqırımı yalanı” sərlövhəli məqalədə deyilir.
Məqalənin müəllifi Harun Sekmen Osmanlı ordusunun arxa cəbhəsində Antanta ölkələrinin xeyrinə dinc əhaliyə divan tutan erməni quldur dəstələrinin vəhşiliklərinə və qanlı cinayətlərinə dair çoxsaylı arxiv sübutlarının olduğunu diqqətə çatdırıb.
Yazıda qeyd edilir ki, ermənilərin Anadoluda müsəlmanlara qarşı vəhşilikləri “tarixdə nadir hallarda rast gəlinən” miqyasa çatıb.
Müəllif bildirir ki, ermənilərin bir sıra ölkələrin fitvası ilə irəli sürdüyü soyqırımı iddialarının heç bir sübutu yoxdur. “1905-1920-ci illər arasında “daşnak” silahlı birləşmələri və “hnçak” quldur dəstələrinin Anadoluda 529.395 türkü qətlə yetirdiyi sənədləşdirilib”, -deyə məqalədə vurğulanır.
Eyni zamanda, 1821-1922-ci illərdə milyonlarla türkün qətlə yetirilməsinə, habelə 5,5 milyona yaxın insanın vaxtilə Osmanlı İmperiyasının nəzarətində olan Avropa ölkələrindən qovulmasına səbəb olan Qərb ölkələrinin cinayətlərinə də diqqət yetirilir.
Tarix professoru Necmettin Alkanın sözləri sitat gətirilərək qeyd olunur ki, hər bir dövlət ölkənin müstəqilliyini və bütövlüyünü qorumaq üçün üsyanları yatırmaq hüququna malikdir.
Professor əlavə edib: “Ermənilərin Osmanlı imperiyasının başqa ərazilərinə köçürülməsi qərarı məhz bu məqsədlər üçün verilib. Əks halda, Şərqi Anadoluda vəziyyət bu gün tamamilə fərqli olardı”.
Tarixçi xatırladıb ki, Anadolu erməniləri arasında separatçılıq əhvali-ruhiyyəsi 1880-ci illərin ortalarında başlayıb. “1890-cı illərdən başlayaraq ermənilər həm İstanbulda, həm də Şərqi Anadoluda təxribat və terror aktları həyata keçirməyə başladılar. Bu proseslərə qarşı çıxmaq Osmanlı dövlətinin təbii haqqı idi”, -deyə N. Alkan vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20

