Azərbaycan–Avropa İttifaqı münasibətləri: etibarlı tərəfdaşlıq yeni inkişaf mərhələsində
07.07.2026 [11:48]
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi getdikcə daha da möhkəmlənir. Ölkəmizin artan iqtisadi gücü, geosiyasi əhəmiyyəti, sabit inkişaf modeli və yüksələn beynəlxalq nüfuzu dünyanın aparıcı dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını davamlı şəkildə artırır. Sülhü, qarşılıqlı hörməti və konstruktiv dialoqu xarici siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirən Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi qəbul olunur. Xüsusilə Avropa ilə qurulan qarşılıqlı faydalı əməkdaşlıq həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslərin geniş dəstək qazanması, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və dünyanın aparıcı liderlərinin ölkəmizə mütəmadi səfərləri dövlətimizin artan beynəlxalq çəkisinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı səsləndirilən fikirlər də ölkəmizin Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaş olduğunu və əlaqələrin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın mövcudluğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrlərdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin ölkəmizə intensiv səfərləri, xüsusilə Avropa Komissiyasının Prezidentinin Bakıya gəlişi tərəflər arasında siyasi dialoqun daha da fəallaşdığını göstərir. Bu təmaslar qarşılıqlı etimadın möhkəmləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr uzun illərdir strateji xarakter daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmiz də Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən iri ticarət tərəfdaşı kimi çıxış edir. Enerji sahəsində qurulan əməkdaşlıq münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Xüsusilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycanın Avropa bazarına təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu daha da gücləndirib. Bununla yanaşı, Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın qlobal logistika və enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək ölkəmizi etibarlı tranzit və enerji mərkəzinə çevirib.
Avropa Komissiyasının Prezidentinin səfəri çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərməsi, enerji əməkdaşlığının davamlı şəkildə genişlənməsi və qarşılıqlı etimadın möhkəmlənməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir. Bununla yanaşı, ölkəmizin bərpaolunan enerji sektoruna yönəltdiyi böyük investisiyalar, Xəzər dənizinin zəngin külək enerjisi potensialından səmərəli istifadə istiqamətində həyata keçirilən layihələr və "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü Azərbaycanın gələcəyin enerji sisteminin formalaşmasına mühüm töhfə vermək niyyətini açıq şəkildə nümayiş etdirir. Bu layihələr Avropa İttifaqı ilə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət etdiyini göstərir.
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzlu və etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsadüfi olmadığını göstərir. Əldə olunan uğurlar Prezident İlham Əliyevin uzaqgörən, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından və əsas investisiya mənbələrindən biri kimi çıxış edir. Qarşılıqlı etimada söykənən bu münasibətlər gələcək əməkdaşlıq üçün də möhkəm zəmin yaradır. Eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasına yönəlmiş təşəbbüslərin müəllifi kimi Azərbaycan regionun inkişafına mühüm töhfələr verməyə davam edir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və onu qlobal əməkdaşlıq sisteminin mühüm iştirakçılarından biri kimi möhkəmləndirir.
Zərnişan Əliyeva
YAP Babək rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20

