Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
17.06.2026 [17:57]
İlk növbədə, “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda konfransında iştirak etmək imkanına görə Sizə, həmkarlarınıza və Yeni Azərbaycan Partiyasına Kamboca nümayəndə heyəti adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Konfrans sülh quruculuğu, transsərhəd iqtisadi əməkdaşlıq və Kamboca ilə Tailand arasında xmer məbədləri və sərhədyanı ərazilərə sahibliklə bağlı mübahisələrə dair fikir mübadiləsi aparmaq üçün dəyərli fürsət yaratdı. Həmçinin konfransın rahat və yüksək səmərəliliklə keçməsini təmin edən komandanızın nümayiş etdirdiyi peşəkarlığı və koordinasiyanı da qeyd etmək istərdim.
Azərbaycanda olduğum müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı inkişafını heyranlıqla müşahidə etdim. Qarabağda qısa müddət ərzində əldə olunmuş sürətli irəliləyişi xüsusilə qeyd etmək lazımdır. Son illərdə sülhə nail olunması təkcə Qarabağ əhalisi və bütövlükdə Azərbaycan xalqı üçün deyil, həm də daha geniş region və beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir.
Kamboca Xalq Partiyasının Sədri Samdek Hun Sen Azərbaycanla Kamboca arasında dostluq və tərəfdaşlığa böyük dəyər verir və işbirliyimizi, xüsusən də Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında daha sıx əməkdaşlıq yolu ilə gücləndirmək üçün əlimdən gələni edəcəyəm. Partiyalarımız arasında daha böyük siyasi etimad və qarşılıqlı dəstəyin təşviqi üçün sizinlə və həmkarlarınızla sıx işləməyi səbirsizliklə gözləyirəm. İnanıram ki, Azərbaycan və Kamboca sülhün müdafiəsi və beynəlxalq hüquqa tam hörmətlə yanaşılması məsələlərində həmrəyliyi davam etdirəcəkdir.
Dəstəyinizə və nümayəndə heyətimizə ayırdığınız vaxta görə səmimi təşəkkürümü bildirirəm. Xalqlarımızın əmin-amanlığı və rifahı naminə dostluq və tərəfdaşlığın davam etdirilməsini və möhkəmlənməsini səmimi-qəlbdən arzulayıram.
Hörmətlə,
Tun Vathana
Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin Daimi Komitəsinin üzvü,
Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31

