Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb
10.06.2026 [23:31]
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergitutması sahəsində həyata keçirilən islahatlar davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən yaradılmış elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
DVX-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş şirkətlər sırasında “Apple”, “Adobe”, “Sony Interactive Entertainment”, “Epic Games”, “Chess.com” və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.
Cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bu ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min dolları aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq. Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.
Məlumat üçün bildiririk ki, vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV artıq alıcıların hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada iş və xidmətlərin təqdim edilməsini əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləmənin əhatə dairəsinə daxil deyil.
Qeydiyyatdan keçən beynəlxalq şirkətlərin sayının artması Azərbaycan vergi sisteminə etimadın göstəricisidir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın inkişafı və şəffaf biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

