Ərdoğan: Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
21.04.2026 [07:16]
Türkiyə hakimiyyəti ötən həftə ölkə məktəblərində baş vermiş iki atışma hadisəsindən sonra vətəndaşların silah saxlamasını məhdudlaşdıran əlavə hüquqi tədbirlər görəcək və qaydaları pozan silah sahibləri üçün cəzaları sərtləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair söyləyib.
“Ölkədə məktəblərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəşt olmayacaq”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Odlu silahın təhlükəsizliyinin və qorunmasının təmin edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyən sahiblər üçün cəzaları sərtləşdirəcəyik. Şəxsi silah almağı məhdudlaşdıran əlavə hüquqi normalar tətbiq edəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, aprelin 15-də Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində məktəbdə baş verən hadisə nəticəsində 9 nəfər həyatını itirib, 21 nəfər yaralanıb. Bir gün əvvəl, yəni aprelin 14-də isə eyni bölgədə yerləşən Şanlıurfa vilayətindəki məktəbdə 19 nəfər xəsarət alıb.
“Biz sosial şəbəkələrdə və rəqəmsal platformalarda yalan və zərərli məlumat yayan hesablarla bağlı lazımi addımlar atmışıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan əlavə edib ki, hakimiyyət “virtual patrul” xidmətini gücləndirməyi və kibertəhlükəsizlik sahəsində hüquq-mühafizə orqanlarının imkanlarını artırmağı planlaşdırır. Onun sözlərinə görə, məktəblərlə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq da genişləndiriləcək və bu sahədə yeni iş mexanizmləri hazırlanacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

