Strateji tərəfdaşlığın yeni dövrü
17.04.2026 [10:50]
Azərbaycan və ABŞ enerji sektorunda əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir
SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub. Cari ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb. SOCAR ilə ABŞ şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu vurğulanıb.
Tərəflər TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəminə toxunub, digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
ABŞ-ın yüksəksəviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi münasibətlərin çoxşaxəli inkişafı üçün yeni dövrün başlandığını təsdiqləyir. Son aylarda iki dövlət arasında iqtisadi və siyasi bloklarda ardıcıl xarakter alan sıx təmasların artması və qətiyyətli iradənin ortaya qoyulması da Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni dövrə daxil olmasını təmin etməkdədir. İki ay əvvəl ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin nümayəndələrinin Azərbaycana səfəri zamanı ikitərəfli biznes missiyasının təşkili dövlət-özəl sektorunda birbaşa əlaqənin qurulmasını təmin edib. Həmin səfər zamanı energetika və rəqəmsal transformasiya sahəsində anlaşmaların əldə olunması hər iki tərəf üçün fürsətləri genişləndirib.
ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nefin də vurğuladığı kimi iki ölkə arasında imzalanmış mühüm sənədlər ABŞ və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün çərçivəni müəyyən etməklə biznes sektorları üçün də dərin münasibətlər qurur.
Enerji diplomatiyasının yeni səhifəsi
Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasına hər zaman davamlı dəstək verən Amerika BTC, TANAP, TAP layihələrinin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizləri olmasını bəyan edərək Azərbaycanın enerji siyasətini alqışlayıb. Son illərdə isə enerji partnyorluğu yeni neft müqavilələri çərçivəsində inkişaf etməkdədir. SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur. 25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.
ABŞ-ın nəhəng enerji korporasiyası - “ExxonMobil” hazırda Azərbaycanda quruda yerləşən neft və qaz ehtiyatlarının potensial inkişafını qiymətləndirir. SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanmasından sonra ABŞ-ın məşhur enerji korporasiyası Azərbaycanda yeni fəaliyyət planlarına start verib və Xəzərdə müasir enerji həmrəyliyi halqası daha da böyüməkdədir. “Azəri-Çıraq-Günəşli” layihəsində tərəfdaş olan “Exxon” ötən dövrdə neft emalı və nəqli, enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resusrsların diversifikasiyasında mövcud olan təcrübəsini yeni perspektivli enerji bloklarında tətbiq etməkdədir. Bu isə Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün yaxşı fürsət deməkdir.
Eləcə də Azərbaycanın “yaşıl enerji keçidi” layihələrində, xüsusilə külək və Günəş enerjisi sahəsində Amerika şirkətlərinin iştirakının da genişləndirilməsi təşviq edilməkdədir. Bu baxımdan SOCAR-la əməkdaşlığın yeni mərhələsi ABŞ-ın ənənəvi enerji ilə bərabər, bərpaolunan enerji sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətlərindən xəbər verir.
TRIPP layihəsi Şərq-Qərb dəhlizinin yeni modelidir
ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq TRIPP layihəsinə də diqqət çəkib, Bu qlobal nəqliyyat arteriyasının Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəminə toxunublar. TRIPP layihəsinin Azərbaycanın iki hissəsini birləşdirməklə bərabər, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı bağlayacaq etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizinə çevriləcəyinə əminlik ifadə olunub.
Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Beynəlxalq ticarət-logistika ailəsi Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) ölkəmizə dəstək verir. Bu mühüm amilə Xartiya sənədində geniş yer verilib və Azərbaycanın ABŞ-la birgə regional bağlantılar, o cümlədən Orta Dəhlizin quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafında birgə addımlar atması planlaşdırılır. Hətta Dəhlizdə kritik mineralların qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq əsas prioritetlərdən biri kimi müəyyən edilib ki, bu da Vaşinqtonun strateji hərbi-sənaye məhsullarının tranzitində Azərbaycana bel bağlaması böyük hadisədir.
Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı isə “Tramp Marşrutu”nun ərsəyə gəlməsində öz əksini tapmaqdadır. Xartiyada multimodal bağlantı layihəsi kimi TRIPP-in əhəmiyyətinin qeyd edilməsi, habelə ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində addımların atılması barədə niyyətin ifadə olunması Azərbaycan və ABŞ-ın Şərq-Qərb coğrafiyasında nəhəng nəql modelləri qurmasına işarədir. Bu, həmçinin, qlobal bazarın enerji təchizatında Azərbaycanın imkan resusrslarının şaxələnməsi üçün yeni qapıdır.
Beləliklə, SOCAR-la çoxistiqamətli əməkdaşlıq və digər sahələrdə iqtisadi platformaların qurulması ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına axınını stimullaşdırmaqla, ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

