Akademik Zərifə Əliyeva – nəsillərə örnək həyat yolu
14.04.2026 [12:39]
Akademik Zərifə Əliyevanın vəfatından uzun illər keçsə də, onun adı Azərbaycan elminin və səhiyyəsinin tarixində daim ehtiramla anılır. Görkəmli oftalmoloq-alim kimi qazandığı uğurlar, insanlara göstərdiyi diqqət və mərhəmət, tibb sahəsinə gətirdiyi yeniliklər bu gün də onun nurlu xatirəsini yaşadır. Zərifə xanım yalnız peşəkar həkim deyil, həm də yüksək mənəviyyat sahibi, vətəninə bağlı ziyalı obrazı kimi xalqımızın yaddaşında özünəməxsus yer tutur.
Zərifə Əliyeva oftalmologiya sahəsində Azərbaycanda yeni elmi məktəbin formalaşmasına mühüm töhfələr verib. O, göz xəstəliklərinin müalicəsi və profilaktikası istiqamətində apardığı araşdırmalarla tibb elminə dəyərli yeniliklər gətirib. Xüsusilə peşə fəaliyyəti nəticəsində yaranan göz patologiyalarının öyrənilməsi sahəsində əldə etdiyi nəticələr həm ölkəmizdə, həm də xaricdə böyük maraq doğurub. Onun müəllifi olduğu kitablar, monoqrafiyalar və elmi əsərlər bu gün də mütəxəssislər üçün qiymətli mənbə hesab olunur.
Görkəmli alim həm də güclü təşkilatçı kimi tanınıb. Onun təşəbbüsü ilə Azərbaycanda oftalmologiya elminin inkişafına xidmət edən laboratoriyalar yaradılıb, müasir müalicə və diaqnostika üsullarının tətbiqinə başlanılıb. Zərifə xanımın fəaliyyəti nəticəsində Azərbaycan oftalmologiyası beynəlxalq elmi dairələrdə daha yaxından tanınmağa başlayıb. Onun elmə gətirdiyi yeniliklər ölkəmizin tibb sahəsində nüfuzunun artmasına səbəb olub.
1981-ci ildə Zərifə Əliyevanın elmi fəaliyyəti yüksək səviyyədə qiymətləndirildi. O, oftalmologiya sahəsində apardığı mühüm tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Bu mükafat dünya səviyyəsində tanınmış alimlərə təqdim olunurdu və Zərifə xanımın bu nüfuzlu mükafatı alan ilk qadın alim-oftalmoloq olması onun elm aləmindəki yüksək mövqeyini bir daha təsdiqlədi.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həkim etikası və insanpərvərlik prinsiplərinə sadiqliyi ilə də seçilib. O, həkimlik peşəsini müqəddəs missiya hesab edir, xəstələrə sevgi və həssaslıqla yanaşırdı. Gənc mütəxəssislərin yetişməsinə xüsusi diqqət göstərir, öz bilik və təcrübəsini gələcək nəsillərlə bölüşürdü. Bu baxımdan, onun fəaliyyəti Azərbaycan tibb məktəbinin inkişafında mühüm rol oynayıb.
Zərifə xanım Əliyeva ictimai və mənəvi həyatda da örnək şəxsiyyət idi. O, Ulu Öndər Heydər Əliyevin həyat yolunda etibarlı dayaqlardan biri olmuş, milli dövlətçilik ideallarına sədaqətlə xidmət etmişdir. Onun müdrikliyi, sədaqəti və ziyalılığı ailə dəyərlərinin ən gözəl nümunəsi kimi yadda qalıb.
Bu gün akademik Zərifə Əliyevanın zəngin irsi yaşayır və gələcək nəsillərə örnək olur. Onun elmi əsərləri, humanist fəaliyyəti və mənəvi keyfiyyətləri Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Belə şəxsiyyətlər zaman keçdikcə daha da ucalır, cəmiyyət üçün əbədi dəyərə çevrilirlər. Zərifə Əliyevanın adı da Azərbaycan elmi və mənəviyyat tarixində həmişə işıq saçacaq.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

