Zərifə Əliyeva – Fədakarlıq, Ziyalılıq və Mənəvi Ucalıq Nümunəsi
14.04.2026 [12:20]
Bir yaz səhərində dünyaya göz açdığından ulu Tanrı onun qəlbinə sığal çəkib, hisslərinə və duyğularına bahar təravəti qatmışdı. İnsana verilən hisslərin ən alisini-zərifliyi və xeyirxahlığı Zərifə xanıma bəxş hesab etmişdi. Taleyini də nurlu yazmışdı.
Bəzən elə ömürlər olur ki, onlar sadəcə yaşanmır. Bir xalqın yaddaşına, tarixinə və gələcəyinə çevrilir. Zərifə Əliyevanın həyatı məhz belə ömürlərdəndir. O, həyatını yalnız bir peşəyə deyil, insan sağlamlığına, ümidinə və sabahına həsr etmişdi. Onun keçdiyi yol adi bir həkimin yolu deyildi. Bu yol elmin işığında addımlayan, hər addımında insanlara şəfa bəxş etməyi özünə borc bilən bir alim və ziyalının yolu idi. Gözlərə nur bəxş edən, qaranlığa işıq gətirən bu zərif qadın əslində, cəmiyyətə də bir baxış, bir ümid işığı verirdi. Dünyanın məhşur həkimləri onun zəkasına heyran qalırdılar. Zərifə xanım Əliyevanın bu sahədə etdiyi nailiyyətlər Azərbaycan elminə başucalığı gətirdi. Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi, əməkdar elm xadimi adına layiq görüldü. Onun fədakar əməyi 1960-cı ildə Azərbaycanı bürüyən traxoma xəstəliyindən azad etdi. Bu xəstəliyin kökünün kəsilməsi məhz dərin Tibb elmlər doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, oftomotoloq Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Zərifə Əliyeva üçün həkimlik sadəcə bir peşə deyildi. Bu, bir missiya idi. O, hər pasiyentə yalnız xəstə kimi deyil, bir insan taleyi kimi yanaşırdı. Onun səmimi qayğısı, diqqəti və mərhəməti insanların yaddaşında silinməz izlər buraxırdı. O, məqalələrinin birində yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq - Sənin ağ xalat geyinməyə haqqın varmı?”
Dünyada yeganə həqiqi xəzinə vardırsa, o da yaxşı ürək və bu ürəyin içərisində daim alovlanan xeyirxahlıqdır. Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi. Ana bildiyi Vətənə, səcdə etdiyi valideynlərinə layiqli bir övlad idi, müqəddəs bir ana idi. Müdrik, fədakar ömür yoldaşı idi, qeyrət və ismət mücəssəməsi olan əsl Azərbaycan qadını idi. Çöhrəsinin nurunda, qadir əllərində sehrli loğman şəfası olan təbib idi - Zərifə xanım.
Elmi fəaliyyəti isə onun daxili zənginliyinin başqa bir təzahürü idi. O, insan gözünün incəliklərini araşdırarkən, əslində insan həyatının dəyərini qoruyurdu. Xüsusilə istehsalat şəraitində çalışan insanların sağlamlığı uğrunda apardığı mübarizə, onun cəmiyyətə olan məsuliyyət hissinin bariz nümunəsi idi.
Onun adı bu gün də hörmətlə anılır. Çünki belə insanlar unudulmur. Onlar yaşadıqları ömürlə başqalarının həyatına işıq salırlar. Zərifə Əliyevanın ömrü də məhz belə bir işıqdır: sönməyən, yol göstərən, ümid verən bir işıq.
Bu ömür Azərbaycan səhiyyəsinə yazılmış bir tarix, insanlığa bəxş edilmiş bir dəyərdir. Və bu dəyər zaman keçdikcə daha da ucalır, daha da mənalanır.
Səriyyə Əhmədova
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

