/ / Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub
Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub
13.03.2026 [17:05]
Bakı Təşəbbüs Qrupu (BTQ) və Siqh Federasiyasının birgə təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, bu konfrans siqh icmasının üzləşdiyi problemlərin beynəlxalq müstəvidə, xüsusilə BMT platformasında gündəmə gətirilməsi baxımından əlamətdar hadisədir. Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsinin iştirakı BMT sisteminin məsələni diqqətlə izlədiyini və mövzunun beynəlxalq insan hüquqları institutları tərəfindən ciddi maraq doğurduğunu göstərən mühüm göstəricidir.
Tədbirdə Kanada, Böyük Britaniya, Avstraliya, ABŞ, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən siqh diasporunun tanınmış nümayəndələri, hüquq müdafiəçiləri, həmçinin Hindistan hökumətinin həyata keçirdiyi təqib və repressiv siyasətdən birbaşa zərər çəkmiş şəxslər iştirak ediblər.
BTQ-nin İcraçı direktoru Abbas Abbasov, Siqh Federasiyasının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabinderjit Singh, Siqh Network media platformasının sədri Khatkar Jaswinder Singh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan siqh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox siqh fəal və etnik azlıqların nümayəndəsi ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirir.
Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən siqh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır. Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir.
Tədbirdə BMT və onun müvafiq qurumlarının siqh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik xalqların və dini qrupların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlinib.
Beynəlxalq səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin gücləndirilməsinin, eləcə də bu məsələlərin beynəlxalq təşkilatların gündəliyində daha geniş yer almasının siqh icmasının və digər etnik xalqların hüquqlarının qorunmasına töhfə verəcəyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

