/ / AMEA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş institutlararası futbol çempionatının açılışı olub
AMEA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş institutlararası futbol çempionatının açılışı olub
24.04.2026 [19:08]
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində AMEA Rəyasət Heyətinin, Azad Həmkarlar İttifaqının (AHİ), Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda 6 komanda təmsil olunub.
Açılış mərasimində AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA Azad Həmkarlar İttifaqı sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və aparat işçiləri, elmi müəssisə və təşkilatların rəhbərləri, AMEA üzrə YAP ərazi təşkilatlarının, Qadınlar Şurasının, institutların həmkarlar təşkilatlarının sədrləri, Gənclər Akademiyasının idarə heyəti və gənc alimlər iştirak etmişlər
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli çempionatın iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb. Qeyd edib ki, bu il də Akademiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlərə futbol turnirinin açılışı ilə başlayırıq.
AMEA rəhbəri bildirib ki, Akademiyada futbol çempionatının keçirilməsi gənclərin fiziki sağlamlığının qorunması və onların asudə vaxtlarının səmərəli təşkili baxımından olduqca vacibdir. Çempionata göstərilən marağın bu il artdığını və Gənclər Akademiyasının da özünün müstəqil komandası ilə yarışda təmsil olunduğunu deyən akademik İsa Həbibbəyli son illərdə Akademiyada gəncliyinin inkişafı üçün bir sıra zəruri addımların atıldığını bildirib. Qeyd edib ki, dünya təcrübəsindən irəli gələrək AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyası təsis olunub. Qısa müddət ərzində Gənclər Akademiyasının təşkilatçılığı ilə AMEA və respublika miqyaslı tədbirlər, ana dili olimpiadası və s. tədbirlər keçirilib. AMEA-nın Rəyasət Heyətinin dəstəyi ilə Gənclər Akademiyasının ildə 4 dəfə işıq üzü görən “Gənc tədqiqatçı” jurnalının bir sayı ingilis dilində çap olunur.
Akademik İsa Həbibbəyli hazırda Gənclər Akademiyasının beynəlxalq əlaqələrinin genişlənməsi və ölkəmizdə elmin populyarlaşdırılması istiqamətində əməli addımlar atdığını söyləyib.
Bundan əlavə, Akademiyada prioritet məsələlərdən biri olan kadr hazırlığı məsələsindən irəli gələrək gənc alim və mütəxəssislərin Misir, Polşa, Fransa, Vatikan və s. kimi ölkələrə təcrübə keçməyə göndərildiklərini vurğulayıb.
AMEA-nın Azad Həmkarlar İttifaqının fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli Azad Həmkarlar İttifaqının Akademiyanın həyatında yaxından iştirak etdiyini, müharibə iştirakçılarına, qazilərimizə, şəhid ailələrimizə daim diqqət və qayğı ilə yanaşdıqlarını bildirib. Həmçinin təşkilatın Akademiya əməkdaşlarının sosial rifahının yüksəldilməsi, istirahətlərinin təmin olunması, mədəni tədbirlərdə iştirakı ilə bağlı tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli AMEA-nın Qadınlar Şurasının və YAP ərazi partiya təşkilatlarının da fəaliyyətinə toxunub, ictimai təşkilatların Akademiya həyatında fəallığını yüksək qiymətləndirib.
Akademik İsa Həbibbəyli futbol çempionatının daim bayram əhval-ruhiyyəsində keçirildiyini söyləyib və komandalara uğurlar arzulayıb.
Daha sonra çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov gənc alim və mütəxəssislərin futbol çempionatının keçirilməsinə verdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Qeyd edib ki, hər il olduğu kimi, bu il də komandaların çempionata hazırlığına diqqət yetirilib, onların bütün zəruri ehtiyacları qarşılanıb. Sənan Həsənov, həmçinin digər təşkilatlarla Akademiyanın yığma komandasının oyunlarının təşkilinin də uğurlu addım olduğu diqqətə çatdırıb.
Açılış mərasimində, o cümlədən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev futbol çempionatına həsr etdiyi şeirini səsləndirib.
Sonda iştirakçı komandalarla xatirə şəkli çəkilib və akademik İsa Həbibbəyli turnirin açılışının rəmzi olaraq topa ilk toxunuşu edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16

