Milli irsin ən mühüm dayaqlarından biri - ağsaqqallıq ənənəsi
25.04.2026 [12:49]
Bu günlərdə IX Qurultayına toplaşan Azərbaycan Ağsaqqallar Şurası təkmil struktur kimi fəaliyyət göstərir. Hazırda sıralarında 30 mindən çox üzvü birləşdirən Şuranın fəaliyyəti bütün ölkə ərazisini əhatə edir. Ötən dövrdə qurumun 81 şəhər və rayon təşkilatı formalaşıb.
Prezident İlham Əliyev Qurultay iştirakçılarına ünvanladığı müraciətində qurumun uğurlu fəaliyyətindən məmnunluğunu ifadə edərək bildirib ki, keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. “Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Nəsillərarası varisliyin təminatçıları
Hər bir xalqın tarixən formalaşan milli-mənəvi dəyərləri, həyat tərzi, yaşam fəlsəfəsi fərqlidir və onun identiqliyini şərtləndirir. Azərbaycan xalqının da əsrlərin sınağından çıxaraq bu günümüzədək gəlib çatan zəngin ənənələri, milli-mənəvi dəyərlər sistemi var. Məhz bu ənənələr, milli-mənəvi dəyərlər bizi bir xalq kimi yaşadır və bütövlüyümüzü təmin edir.
Tarixən bu dəyərlər sistemində böyüyə hörmət, ehtiram göstərmək ənənəsi xüsusi yer tutub. Prezident İlham Əliyev Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsini milli irsimizin ən mühüm dayaqlarından biri kimi səciyyələnirib. Dövlətimizin başçısı qeyd edib ki, ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub. Tarixən Azərbaycanda ağsaqqal insanlara yalnız yaşlarına görə hörmət bəslənilməyib. Dünya görmüş müdrik ağsaqqalın həyat təcrübəsinə istinad etməklə verdiyi nəsihətlər mütləq qaydada uğur hekayəsinə çevrilir. Qədim Oğuz elində yol göstərən, igidlərə ad verən və hər kəsin də dərin ehtiram bəsləyib qarşısında baş əydiyi, əlini öpdüyü Dədə Qorqud bir müdriklik simvoludur. İgidlər onun ağıllı nəsihətlərinə qulaq asır və hər zaman da həyat sınaqlarından üzüağ çıxırlar.
Bir məmləkətin və xalqın ayaqda qalması, var olması nəsillərarası varisliyin təmin olunmasından çox asılıdır. Uğur üçün dünənin, bu günün və sabahın vəhdətinə nail olmaq lazımdır. Bu baxımdan ağsaqqalların rolu əvəzsizdir. Onlar nəsillər arasında körpülər qururlar. Bu mühüm amilə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərlərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda, milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır”.
Tariximizin möhtəşəm zəfərləri
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında tariximizə qızıl hərflərlə yazılan möhtəşəm qələbələr qazandı. Torpaqlarımız ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Ermənistanın işğalına məruz qalmışdı. İşğal otuz il davam etsə də, Azərbaycan dövləti və xalqı bununla heç vaxt barışmadı. Prezident İlham Əliyev müdrik rəhbər olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması məsələsini əsas ümummilli ideya kimi ölkə gündəliyinin mərkəzində saxladı.
Aparılan siyasət, həyata keçirilən hazırlıqlar öz bəhrəsini verdi. 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında düşmən tam kapitulyasiyaya məruz qaldı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini sırf öz gücünə hərbi-siyasi yolla təmin etdi.
Döyüşlərdə Azərbaycan xalqının bütün təbəqələrinin nümayəndələri iştirak edirdilər. Əsas ağırlıq isə, əlbəttə ki, gənclərin üzərinə düşdü. Onlar “Arxada Vətəndir!” deyib düşmənin üstünə şığıyır və misilsiz igidliklər göstərirdilər. Nə idi döyüşlərdə Azərbaycan əsgərinə güc, inam verən, onu yenilməz edən? Sualın cavabı olaraq bir neçə amilə diqqət çəkmək mümkündür. Əsas məqamlardan biri isə, heç şübhəsiz ki, gənclərimizin aldıqları tərbiyə, böyüklərin onlara aşıladığı vətənpərvərlik hissi ilə bağlı idi. “Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Müasir dövrdə ağsaqqallıq institutunun mühüm əhəmiyyəti
Müasir dövr bir sıra spesifik cəhətləri ilə fərqlənir. Dördüncü sənaye inqilabı dövrünü yaşayırıq və həyatımız sürətlə dəyişir. İnforrmasiya-kommunikasiya texnologiyalarının intensiv inkişafı əlaqələrin asanlaşması, məlumatlara çıxış imkanlarının genişlənməsi baxımından böyük üstünlüklər yaradır. Obrazlı şəkildə belə ifadə edirlər ki, indi hüdudsuz dünya internet vasitəsi ilə hər kəsin kiçik ovcuna sığır.
Lakin belə bir şəraitdə xalqların milli kimliyinə - dillərə, ənənələrə, mədəniyyətlərə təhdidlər də artıb. Eyni zamanda, sosial şəbəkələr üzərindən uşaqları, gəncləri ailələrdən və milli köklərdən ayırmağa çoxsaylı cəhdlər göstərilir. Bunların qarşısı alınmalı və milli kimliyimiz, milli maraqlarımız qorunmalıdır. Burada ağsaqqalların da üzərinə mühüm vəzifələr düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib: “Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29

