Fransada zorakılığa yol verən polislər saxlanılıblar
24.04.2026 [23:17]
Fransanın Nitsa şəhərinin Arian məhəlləsində baş verən və sosial şəbəkələrdə geniş yayılaraq böyük rezonans doğuran zorakılıq hadisəsi ilə bağlı iki polis əməkdaşı saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Nitsa Prokurorluğunun yaydığı məlumata görə, həmin polislər ağırlaşdırılmış zorakılıq və oğurluq ittihamları ilə nəzarət altına alınıblar. Prokuror Damyən Martinellinin açıqlamasına əsasən, 2003-cü il təvəllüdlü gənc yaşadığı evin yaxınlığında hücuma məruz qaldıqdan sonra şikayət edib. Zərərçəkənin vəkili Sefen Gezin daha əvvəl bildirdiyi kimi, hadisə iki sərxoş gəncin telefonla danışarkən onları təhqir etdiyini zənn etməsi nəticəsində başlayan mübahisədən sonra baş verib və qısa müddətdə zorakılığa çevrilib.
Hadisə yerində yaşayan qonşulardan biri tərəfindən çəkilən videoda gəncin üz nahiyəsinə ardıcıl zərbələr endirildiyi, yerə yıxıldığı və uzaqlaşmağa çalışarkən yenidən döyüldüyü açıq şəkildə görünür.
Prokuror əlavə edib ki, polis əməkdaşlarından biri yerə düşən şəxsi əşyaları, o cümlədən 100 avro pulu və sürücülük vəsiqəsini götürüb.
Hadisədən sonra zərərçəkənin atası hüquq-mühafizə orqanlarına müraciət edərək zorakılığı əks etdirən videonu təqdim edib və bunun əsasında istintaq başlayıb. Ertəsi gün 1998 və 1999-cu il təvəllüdlü, Nitsada ezamiyyətdə olan CRS bölməsində çalışan iki polis əməkdaşı rəhbərlikləri ilə birlikdə könüllü polisə gələrək ifadə veriblər və sonradan saxlanılıblar.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

