Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya Hörmüz boğazı ilə bağlı əməliyyat üçün gəmilər göndərməyi planlaşdırır

Almaniya Hörmüz boğazı ilə bağlı əməliyyat üçün gəmilər göndərməyi planlaşdırır

25.04.2026 [15:46]

Almaniya Hörmüz boğazında mümkün əməliyyatlara hazırlıq çərçivəsində əvvəlcədən Aralıq dənizinə hərbi gəmilər göndərməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, məqsəd Bundestaqdan mandat alındıqdan sonra vaxt itkisinin qarşısını almaqdır: “Vaxta qənaət etmək üçün bəzi alman bölmələrini əvvəlcədən Aralıq dənizinə göndərmək qərarına gəldik ki, sonradan əlavə gecikmə olmasın”.

Onun sözlərinə görə, bölgəyə minaaxtaran gəmi və onu müşayiət edən köməkçi gəmi göndəriləcək.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31