Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Araşdırma: Heyvanlar da optik illüziyalara aldana bilərmi?

Araşdırma: Heyvanlar da optik illüziyalara aldana bilərmi?

21.10.2025 [21:30]

Yeni bir tədqiqat göstərir ki, bəzi heyvanlar da insanlar kimi optik illüziyalara aldanır. “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmada alimlər guppy balıqları və halqalı göyərçinlər üzərində “Ebbinghaus” illüziyasını sınaqdan keçiriblər (yəni ətrafdakı obyektlərin ölçüsü bir dairənin olduğundan böyük və ya kiçik görünməsinə səbəb olan görmə hiyləsini).

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, nəticələrə görə, guppy balıqları illüziyaya aldanıb, kiçik dairələrlə əhatələnmiş yeməyi daha böyük hesab edib onu seçiblər. Həmçinin göyərçinlər isə daha fərqli reaksiya göstərib, bəziləri illüziyaya qapılıb, bəziləri isə yox. Bu da onların daha çox detallara fokuslandığını və kontekstdən az təsirləndiyini göstərib. Alimlər bildirirlər ki, bu fərqlər heyvanların yaşadıqları mühitlə və təkamül strategiyaları ilə bağlıdır. Məsələn, guppy balıqları mürəkkəb, hərəkətli suda yaşadıqları üçün ümumi mənzərəni tez qavramağa uyğunlaşıblar. Göyərçinlər isə yerə səpələnmiş xırda toxumları ayırmaq üçün dəqiq görmə qabiliyyətinə ehtiyac duyurlar.

Tədqiqatın nəticələri bir daha göstərir ki, qavrayış sadəcə reallığın əksi deyil, beyin onu yaşadığı dünyanın tələblərinə uyğun şəkildə formalaşdırır. Bu cür araşdırmalar bizə həm heyvanların dünyanı necə gördüyünü, həm də qavrayışın təkamülünü anlamağa kömək edir.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31