Azərbaycan və Qazaxıstan: türk dünyasında strateji həmrəylik nümunəsi
22.10.2025 [16:19]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Oktyabrın 18-də Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında formalaşan münasibətlərin strateji mahiyyətini və çoxşaxəli məzmununu bir daha nümayiş etdirir. Azərbaycan və Qazaxıstan tərəfdaşlığı həm diplomatik müstəvidə, həm də tarixi, mədəni, mənəvi və milli dəyərlər zəminində möhkəm təməllərə söykənir.
İki xalqın qardaşlıq əlaqələri hələ qədim dövrlərdən formalaşaraq, qarşılıqlı hörmət və mənəvi yaxınlıq üzərində inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, birgə layihələr və təşəbbüslər bu münasibətləri regionda nümunəvi əməkdaşlıq modelinə çevirib.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Bu etimad mühiti son illərdə iki ölkə liderləri arasında aparılan intensiv siyasi dialoqun nəticəsidir. Son üç ildə Prezident İlham Əliyev Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Bu səfərlər qarşılıqlı əlaqələrin konkret nəticələrə əsaslanan reallığını əks etdirir. Hər görüşdə yeni müqavilələr, iqtisadi və humanitar sahələrdə birgə layihələr imzalanır, gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən olunur.
Xüsusilə qeyd edilməlidir ki, dövlət başçılarının təşəbbüsü ilə fəaliyyət göstərən Ali Dövlətlərarası Şura bu əlaqələrin institusional səviyyədə möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq dinamik templə inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. Dövlətimizin başçısı vurğulayıb ki, 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu göstərici həm iqtisadi əlaqələrin real nəticəsini, həm də tərəflərin bir-birinə olan etimadının dərinliyini ifadə edir.
Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-yə yaxın kommersiya strukturu mövcuddur. Onlar əsasən enerji, logistika, kənd təsərrüfatı və tikinti sektorlarında fəaliyyət göstərirlər. Qazaxıstanın Azərbaycana yatırdığı investisiyaların həcmi 136 milyon dollar, Azərbaycanın Qazaxıstana yatırımları isə 225 milyon dollar səviyyəsindədir. Bu, qarşılıqlı maraqların iqtisadi müstəvidə uğurla reallaşdığını göstərir. Hər iki ölkə sahibkarlarının iştirakı ilə keçirilən biznes forumlar, ticarət missiyaları və sərgilər iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli platformalar yaradır. Həmin istiqamətdə yaradılan Birgə Hökumətlərarası Komissiya iqtisadi əlaqələrin sistemli və davamlı şəkildə inkişafına mühüm töhfə verir.
Azərbaycan və Qazaxıstanın strateji əhəmiyyətli əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat-logistika sektorudur. Hər iki ölkə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında əsas aktorlardandır. 2024-cü ildə bu dəhliz üzrə tranzit daşımalarının həcmi 3,5 milyon tondan çox olub ki, bu da əvvəlki illə müqayisədə 20 faiz artım deməkdir. Azərbaycan və Qazaxıstan tərəfindən qəbul edilən vahid tarif siyasəti, gömrük prosedurlarının sadələşdirilməsi və liman infrastrukturunun modernləşdirilməsi bu artımın əsas səbəbləridir. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabelin çəkilməsi layihəsi iki ölkə arasında rəqəmsal əlaqələri möhkəmləndirəcək, həm də regionun informasiya təhlükəsizliyi səviyyəsini yüksəldəcək. Bu layihə həm iqtisadi, həm də strateji baxımdan Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Azərbaycan və Qazaxıstan enerji sahəsində əməkdaşlığın çoxillik təcrübəsinə malikdir. SOCAR və “KazMunayQaz” şirkətləri arasında imzalanan müqavilələr, xüsusilə Aktau–Ceyhan marşrutu ilə neft tranziti üzrə razılaşmalar bu əlaqələrin yeni mərhələsini formalaşdırır. 2024-cü ildə bu istiqamətdə daşınan neftin həcmi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Tranzit tariflərinin azaldılması və logistika sisteminin təkmilləşdirilməsi bu artımı təmin edən əsas amillərdəndir.
Eyni zamanda, hər iki ölkə bərpaolunan enerji mənbələri və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı genişləndirir. Xəzər dənizinin külək potensialından istifadə, günəş enerjisi parklarının yaradılması və enerji effektivliyi üzrə birgə proqramlar bu sahədə konkret nəticələrə yönəlib. Bu siyasət həm regionun enerji təhlükəsizliyinə, həm də qlobal ekoloji tarazlığa mühüm töhfə verir.
Türk Dövlətləri Təşkilatı (TDT) bu gün türk dünyasının həmrəyliyinin siyasi, iqtisadi və mənəvi təməlidir. Azərbaycan və Qazaxıstan bu təşkilatın fəal iştirakçılarındandır. Təşkilat çərçivəsində qəbul edilən qərarlar, həyata keçirilən layihələr və ortaq mövqelər türk dünyasının beynəlxalq nüfuzunu artırır. Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dövlətlərinin gələcək istiqamətini müəyyən edən mühüm hadisələr kimi tarixə düşüb. Bu format çərçivəsində aparılan əməkdaşlıq yalnız regional maraqlara deyil, həm də qlobal sabitliyə xidmət edir. Azərbaycan–Qazaxıstan tərəfdaşlığı isə bu birliyin lokomotivi və strateji dayağı kimi çıxış edir. İki ölkəni birləşdirən ən mühüm sahələrdən biri də mədəni-humanitar əməkdaşlıqdır. Xalqları birləşdirən ortaq dil, din, adət-ənənələr və mənəvi dəyərlər bu əlaqələrin təməlini təşkil edir.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri artıq qlobal əməkdaşlıq kontekstində dəyərləndirilir. Bu əlaqələr ortaq tarixə, mənəvi dəyərlərə, qarşılıqlı inama və strateji maraqlara əsaslanır. İki dövlətin liderləri tərəfindən formalaşdırılan bu siyasət xalqların rifahına, Türk dünyasının birliyinə, Avrasiya regionunun sabitliyinə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25

YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07
