Xalqımız bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir
22.10.2025 [17:49]
Məlum olduğu kimi, 25 oktyabr - Qubadlı şəhərinin işğaldan azad edilməsi günü xalqımız üçün tarixi bir gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Qubadlıya öz sahibləri qayıdıb” və “Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” ifadələri ilə bu günün və Qubadlı şəhərinin xalqımız üçün olduqca önəmli olduğunu vurğulayır.
Yeri gəlmişkən, qeyd edık ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin yeni bir mərhələsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkarlığı, fədakarlığı və müasir döyüş taktikaları bu əməliyyatın uğurla başa çatmasına səbəb oldu. Qubadlı şəhərinin azad edilməsi yalnız bir şəhərin geri alınması deyil, həm də müharibənin gedişatında əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunmuşdur. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Onu da qeyd edək ki, 1993-cü ilin avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal olunması nəticəsində 29997 nəfər ev-eşiyindən didərgin düşərək məcburi köçkünə çevrildilər və rayonun infrastrukturuna ciddi ziyan vuruldu. Rayonda yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati və sosial obyektlər, mədəniyyət abidələri və məscidlər, o cümlədən avtomobil yolları və digər infrastrukturlar dağıdılıb yararsız vəziyyətə salınmışdır. Bu vəziyyət, Qubadlı rayonunun mədəni və iqtisadi həyatına ağır bir zərbə oldu.
Məlumdur ki, Qubadlı rayonunun azad edilməsindən sonra Dövlət tərəfindən bölgənin bərpası və inkişafı üçün müvafiq planlar hazırlanmışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə “Qubadlı şəhəri günü” təsis edilmişdir. Bu, şəhərin tarixi və mədəni irsinin əbədiləşdirilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələr sürətlə həyata keçirilir. Qubadlı rayonunun elektrik enerjisi tələbatını artırmaq üçün yeni yarımstansiyaların inşası davam edir. Ötən illər ərzində Qubadlı rayonunda yeni avtomobil yollarının və su anbarlarının tikintisi ilə bağlı mühüm layihələr həyata keçirilib. Bununla yanaşı, Qubadlı gömrük postunun yaradılması da bölgənin iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Həmçinin, “ANAMA”-nın partlamamış hərbi sursatlar qrupu tərəfindən Qubadlı rayonunda 3 milyon 6 yüz min kvadratmetr ərazi minalardan təmizlənib.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Eyni zamanda 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev tərəfindən “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev azad olunmuş Qubadlıya bir neçə dəfə səfər edib. Bu səfərlər çərçivəsində şəhərdəki infrastruktur layihələrinin açılışları və təməlqoyma mərasimləri keçirilib. Bu tədbirlər, Qubadlıda yeni inkişaf dövrünün başladığını göstərir.
Ən əsası, Qubadlı rayonunun gələcək inkişafı Dövlətin diqqət mərkəzindədir. Qubadlı, artıq öz tarixi sahiblərinə qayıdıb və yeni inkişaf perspektivlərinə doğru irəliləyir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42

