Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib

Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib

22.10.2025 [18:33]

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini 

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İki dövlət arasında münasibətlər son illərdə siyasi etimad, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan yüksək səviyyəli strateji tərəfdaşlıqla xarakterizə olunur. Tarixi, mədəni və mənəvi köklərlə bağlı olan iki qardaş xalq bu gün regionun sabitliyi, iqtisadi inkişafı və türk dünyasının birliyinə xidmət edən birgə təşəbbüslərin önündə gedir. Azərbaycan və Qazaxıstan münasibətləri regionda strateji sabitliyin, iqtisadi inteqrasiyanın və türk birliyinin möhkəmlənməsinin mühüm dayağına çevrilib.

Ölkə başçısı cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibəsində diqqəti cəlb edən əsas məqam – Azərbaycan və Qazaxıstan rəhbərləri arasında formalaşmış davamlı dialoq və qarşılıqlı etimad mühitidir: “Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir”.İkitərəfli iqtisadi münasibətlər son illərdə sabit artım templəri ilə diqqət çəkir. 2024-cü ildə 470 milyon dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin ilk səkkiz ayında 547 milyon dollara çataraq üç dəfə artım nümayiş etdirib. Bu, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi, infrastrukturun modernləşdirilməsi və birgə layihələrin səmərəliliyinin nəticəsidir.

Orta Dəhliz iki ölkə arasında iqtisadi əlaqələrin əsas sütunlarından birinə çevrilib. 2024-cü ildə bu dəhliz üzrə tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. 2022-ci ildə Aktauda imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” üçtərəfli (Azərbaycan–Qazaxıstan–Türkiyə) əməkdaşlığın sistemli əsaslarını müəyyənləşdirib. Mədəni əlaqələrə gəldikdə, Ölkə Prezidenti cənab İlham Əliyev bu münasibətləri xalqlar arasında mənəvi yaxınlığın ən gözəl təzahürü kimi qiymətləndirərək, Füzulidə Qazaxıstanın dəstəyi ilə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini “qardaşlığın rəmzi” adlandırıb: “İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır”. Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31