Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Britaniya Hindistanla 468 milyon dollarlıq raket satışı üzrə müqavilə imzalayıb

Britaniya Hindistanla 468 milyon dollarlıq raket satışı üzrə müqavilə imzalayıb

09.10.2025 [20:56]

Böyük Britaniya Hindistanla yüngül çoxməqsədli raketlərin tədarükünü nəzərdə tutan 468 milyon dollar dəyərində müqavilə imzalayıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, müqavilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Hindistanın Baş naziri Narendra Modi ilə Mumbaydakı görüşü zamanı elan edilib.

Tərəflər bir neçə ay əvvəl imzalanmış ticarət sazişindən doğan kommersiya əlaqələrinin böyük potensialını vurğulayıblar. Britaniya hökumətinin məlumatına görə, Şimali İrlandiyada yerləşən “Thales” şirkəti tərəfindən istehsal edilən bu yüngül çoxməqsədli raketlər Ukraynaya da göndərilir.

“Hindistanla bu saziş iki ölkə arasında daha genişmiqyaslı silah əməkdaşlığı üçün zəmin yaradır”,- deyə hökumət bəyan edib.

Son 12 ayda Kir Starmer ölkənin müdafiə sənayesini iqtisadi artımın əsas mühərriklərindən birinə çevirmək məqsədilə bu sektora dəstəyini artırıb. Böyük Britaniya NATO öhdəliklərinə uyğun şəkildə hərbi xərcləri yüksəltməyi, həmçinin Norveçlə 13,5 milyard dollarlıq hərbi gəmi müqaviləsi kimi ixrac uğurlarına fokuslanmağı planlaşdırır.

Eyni zamanda, Britaniya və Hindistan dəniz donanması üçün elektrik mühərriklərinin istehsalını nəzərdə tutan əməkdaşlığın növbəti mərhələsini də imzalayıblar. Bu layihənin ilkin dəyəri 250 milyon funt sterlinq təşkil edir.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31