Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbəri ilk dəfə qadın olub

Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbəri ilk dəfə qadın olub

03.10.2025 [17:52]

Blaze Metreveli Britaniyanın Xarici Kəşfiyyat Xidməti - Mİ6-nın rəhbəri vəzifəsinə keçib.

AZƏRTAC “The Times”a istinadla xəbər verir ki, o, bu vəzifəni tutan ilk qadın olub.

48 yaşlı Metreveli 1909-cu ildə yaradılan, ancaq 1994-cü ildə rəsmi olaraq tanınan Mİ6-nın tarixində 18-ci və ən gənc rəhbər olub.

Xidmətin rəhbəri 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqin müxtəlif yerlərində keçirib və ərəb dilini mükəmməl bilir.

Nəşrin məlumatına görə, Metreveli təyinatından sonra əsas diqqətini Britaniyanın Yaxın Şərqdə təsirini bərpa etməyə yönəldəcək. O, həmçinin sosial media vasitəsilə kəşfiyyat xidmətini daha açıq və şəffaf etməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31