Azərbaycan - İtaliya: Qarşılıqlı inama əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri
02.10.2025 [12:16]
Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan və beynəlxalq hüquqa əsaslanan çoxvektorlu xarici siyasət kursu beynəlxalq miqyasda təqdir olunur. Ayrı-ayrı coğrafiyalarda ölkəmizlə strateji tərəfdaşlıq münasibətləri quran dövlətlərin sayının getdikcə artması bunun əyani təsdiqidir.
Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük Yeddilik”də təmsil olunan İtaliya da Azərbaycanla strateji tərəfaşlıq münasibətlərinə böyük önəm verən ölkələr sırasında yer alır. Bu günlərdə dost ölkənin Prezidenti Sercio Mattarella respublikamıza növbəti dəfə səfərə gəlib. Kifayət qədər geniş gündəliyə malik işgüzar səfər çərçivəsində dövlət başçıları aktual müzakirələr aparıblar və mətbuata bəyanatlar veriblər. Mətbuata bəyanatında səfərin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”, - deyə vurğulayıb.
Siyasi əlaqələr ən yüksək səviyyədədir
Azərbaycanla İtaliya arasında çoxtərəfli əməkdaşlıq ilk növbədə siyasi anlaşmadan qaynaqlanır. Prezident İlham Əliyev mətbuata bəyanatında bu amilə xüsusi diqqət çəkərək vurğulayıb: “Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir”.
İtaliya Prezidenti Sercio Mattarella da mətbuata bəyanatında eyni məzmunlu fikirlər ifadə edib. Dost ölkənin dövlət başçısı 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsindən məmnunluğunu bildirərək vurğulayıb ki, aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Dövlət başçılarının ifadə etdikləri fikirlər onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də İtaliya strateji tərəfdaşlıq münasibətlərinə hər zaman sadiqdirlər və əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdırlar.
Dost İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.
Əlaqələrin dinamikasına hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin müntəzəm hal alan səfərləri öz müsbət təsirini göstərir. Azərbaycan Prezidentinin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri baş tutub. Böyük uğurla keçən dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Bunun ardınca Prezident İlham Əliyev 2022-ci ildə və son dəfə 2024-cü ildə dost ölkədə səfərlərdə olub. İtaliya Prezidenti Sercio Mattarella isə 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfərinə gəlib. Azərbaycan Prezidenti ötən il İtaliyada olarkən onu yenidən ölkəmizə səfərə dəvət edib. Məmnuniyyətlə qəbul edilən dəvətin reallaşması bu günlərdə baş tutub.
Azərbaycanın birinci ticarət tərəfdaşı
Dinamik inkişaf templərinə malik olan çoxtərəfli iqtisadi əməkdaşlıq Azərbaycanla İtaliya arasında getdikcə dərinləşən strateji tərəfdaşlıq münasibətlərinin daha bir mühüm göstəricisidir. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdə dayanır və qarşılıqlı ticarət dövriyyəsi ildən-ilə artır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub.
Burada enerji əməkdaşlığı xüsusi çəkiyə malikdir. Bu sahədə ikitərəfli əməkdaşlığın genişlənməsi bütövlükdə Avropa üçün müstəsna önəm daşıyır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir.
Zəngin potensiala malik Azərbaycan təchizatçı dövlət olaraq ixrac coğrafiyasını genişləndirir. Hazırda respublikamızdan 14 ölkəyə mavi yanacaq tədarük olunur. Azərbaycanın enerji məhsullarının istehlakçıları arasında İtaliyanın payının daha çox olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir”.
Humanitar sahədə genişlənən əməkdaşlıq
Humanitar sahə Azərbaycan - İtaliya münasibətlərinin mühüm bir istiqamətini təşkil edir. İndiyədək Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dost ölkədə bir sıra layihələr reallaşdırıb.
Təhsil sektoru iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilib. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Dost ölkənin dövlət başçısının respublikamıza budəfəki səfəri çərçivəsində isə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. “Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 23:30

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15
