Avropanın sərt üzü: Miqrantlar hara üz tutsunlar?
26.02.2025 [09:48]
Yaxın keçmişədək dünyanın bir sıra regionlarının ehtiyac icində yaşayan əhalisi Avropanı cənnət adası kimi xəyal edirdi. Müxtəlif səbəblər üzündən öz ölkələrində ağır məhrumiyyətlərlə üz-üzə qalan insanlar Avropaya ayaq basmağı, burada iş və sığınacaq tapmağı çətinliklərdən qurtulmağın yeganə yolu sanırdılar.
Eyni zamanda, Avropanın özündə də gəlmələrə və yaxud miqrantlara böyük ehtiyac var idi. Avropa İttifaqı (Aİ) məkanında getdikcə artan demoqrafik böhran və güclü sənaye inkişafı kəskin təzad yaradırdı - işçi qüvvəsinə artan tələbat ödənilmirdi. Belə bir şəraitdə boşluğu miqrantlar hesabına doldurmaq ən ideal yol kimi görünürdü.
Aİ məkanının miqrantların əleyhinə olan yeni reallıqları
Bu gün Avropa İttifaqı məkanında bir sıra yeni reallıqlar yaranıb və yaxud yaranmaqdadır ki, onlar da miqrantların əleyhinədir. Burada iqtisadiyyatda istehsal həcmlərinin azalması və digər mənfi amilləri xüsusi qeyd etmək istərdik. Son dövrlərdə bütün dünyada olduğu kimi, Aİ məkanında da iqtisadi inkişaf üçün münbit şərait olmayıb. Yaşanan bir neçə iqtisadi böhran dalğası geriləmənin əsas səbəblərindən biridir. Bundan sonra yeni növ koronavirus pandemiyası dövründə ölkələrin sərt qapanmalara getmələri təchizat-satış zəncirində qırılmalar yaratdı. Bunun ardınca yeni müharibə ocaqları yarandı. Söhbət Aİ məkanından gedirsə, burada Rusiya-Ukrayna müharibəsinin birbaşa təsirini xüsusi qeyd etmək lazım gəlir. Onilliklər ərzində Aİ ölkələri ilə müharibənin hər iki iştirakçı dövləti arasında sıx iqtisadi əlaqələr yaranmışdı. Həm Rusiya, həm də Ukrayna bir sıra mühüm pozisiyalar üzrə Avropanın xammal təchizatçıları idilər. İndi isə Ukraynanın limanlar üzərindən xarici bazarlara çıxış imkanları məhdudlaşıb. Rusiya isə elə Aİ-nin özündən gələn sərt sanksiyalar altındadır. Həmin sanksiyalar Rusiya neftinin, qazının, bir sıra əlvan metallarının, bərk yanacağının və digər malllarının Avropa bazarlarına ixracının qarşısını alıb. Bundan itirən isə yalnız Rusiya deyil. Hazırda Avropanın enerji təchizatında ciddi çətinliklər yaşanır.
Bu kimi arzuolunmaz reallıqlar fonunda iqtisadiyyatların kiçilməsi və digər mənfi tendensiyaların yaranması qaçılmazdır. Hazırda Avropa İttifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (UDM) 81,5 faizinə bərabərdir. Avropa Statistika Ofisinin (Avrostat) məlumatına görə, 6 ölkənin dövlət borcu ÜDM-in 100 faizini ötüb. Ən yüksək borc səviyyəsi Yunanıstanda qeydə alınıb. Burada dövlət borcu ÜDM-in 163,6 faizinə bərabərdir. Növbəti yerləri Fransa (112,2 faiz), Belçika (108 faiz), İspaniya (105,3 faiz) və Portuqaliya (100,6 faiz) bölüşür.
Aparılan müstəqil sorğuya əsasən, avrozonada investorların inam indeksi bir ildən çoxdur ki, aşağı olaraq qalır. Ötən ilin dekabrında mənfi 17,5 olan investorların inam indeksi cari ilin yanvarında azalaraq 17,17 olub. Beləliklə, indeks 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Cari vəziyyət indeksi isə mənfi 28,5-dən mənfi 29,5-ə geriləyərək 2022-ci ilin oktyabrından bu vaxtadək ən aşağı səviyyəyə çatıb.
İqtisadi geriləmələr və digər problemlər fonunda sağçı təmayüllərin önə çıxması, irqçiliyin, ksenofobiya hallarının artması da da bugünkü Avropanın miqrantlar üçün arzuolunmaz reallıqlarından biridir. Belə vəziyyət əsasən Avropa İttifaqı sakinlərinin Brüsselin mövcud miqrasiya siyasətindən narazılığı, Şərqi Avropadakı müharibədən yorğunluq, eləcə də mərkəzçilərin artan iqtisadi çətinliklərin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.
Avropanın günahı...
Getdikcə dərinləşən iqtisadi tənəzzül və sağçı təmayüllərin təzyiqləri fonunda Avropa ölkələri özləri ilə bərabər əlavə problemlər gətirən miqrantlara qarşı qanunları sərtləşdirirlər. Ötən ilin birinci yarısında Avropa İttifaqı Şurası Aİ-nin miqrasiya standartlarının sərtləşdirilməsini özündə ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib. “Aİ Şurası Avropanın miqrasiya siyasətinin köklü islahatını təsdiqləyib. Buraya qaçqınların nizamlı şəkildə gəlişini tənzimləməyə, səmərəli və vahid prosedur yaratmağa və yükün ədalətli bölüşdürülməsini hədəfləyən bir sıra qaydalar daxildir”, - deyə sözügedən qurumun mətbuat xidmətinin bəyanatında bildirilib. Pakt həmçinin sığınacaq və ya yaşayış icazəsi verilməyən bütün şəxslərin Avropa ölkələrindən qovulması prosedurunu sadələşdirir.
Avropada milli səviyyədə artan miqrasiyanın qarşısını almağa yönələn qanun qəbul edən ölkələrdən biri Fransa oldu. Bu ölkədə etirazlarla qarşılanan müvafiq qanun 2023-cü ilin sonlarında qəbul edilib.
Fransanın ardınca Almaniya da miqrantlara qarşı mübarizəni sərtləşdirməyə qərar verib. Ötən il Solingen və Maqdeburq şəhərində baş verən terror aktlarından sonra bu ölkədə miqrantlara münasibət daha da aqressiv hal alıb. Eyni zamanda, Almaniyada Ukraynadan olan qaçqınlara da münasibətin dəyişdiyi müşahidə edilir. Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar.
Beləliklə, Yaxın Şərqin, Afrikanın, kiçik ada dövlətlərinin müharibələrin, müstəmləkəçiliyin, iqlim dəyişmələrinin çətin sınaqları ilə üz-üzə qalan sakinlərinin Avropanın timsalında özlərinə cənnət xəyalları qurmaları puç olmaqdadır. Onların üzləşdikləri problemlərə görə heç bir günahları yoxdur. Bəhs olunan ərazilərdəki ölkələr məhz kollektiv Qərbin apardığı siyasətə görə müharibələrə cəlb olunublar. Kiçik ada ölkələrinin iqlim problemləri böyük dövlətlərdə gedən güclü sənayeləşmə prosesindən qaynaqlanır. Həmçinin Avropanın Fransa, Niderland kimi dövlətləri XXI əsrin üzqarası siyasətindən - müstəmləkəçilikdən əl çəkmirlər, öz nəzarətlərində saxladıqları ərazilərdə yerli xalqların ölkələrinin sərvətlərindən bəhrələnmələrinə imkan vermirlər. Təzadlı mənzərə yaranır - Avropa bir tərəfdən istismaçılıq, talançılıq, milli dövlətlərə təzyiq siyasətindən əl çəkmir, digər tərəfdən öz rahatlıqlarını güdərək qapılarını həqarətlə “gəlmələr” adlandırdıqları insanların üzlərinə bağlayırlar. Bəs belə vəziyyətdə miqrantlar nə etməlidirlər, hara üz tutmalıdırlar?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

