Bayden “məşəli” yeni nəslə niyə ötürür?
26.07.2024 [10:55]
ABŞ Prezidenti xalqa müraciətində Ukrayna və Qəzzadan da danışıb
Payızda keçiriləcək növbəti prezident seçkilərində iştirak etməkdən imtina edən ABŞ Prezidenti Cozef Bayden iyulun 24-də Amerika xalqına müraciət edib. O bildirib ki, irəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir. Bayden çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib. “Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, - deyə ABŞ Prezidenti qeyd edib.
Bayden Harrisi özünün xələfi kimi görür
Cozef Baydenin iyulun 21-də namizədliyini geri götürməsindən sonra ştatlar daxilində ciddi proseslər baş verməkdədir. Bu, xüsusilə noyabrda keçiriləcək prezident seçkisi marafonunda müşahidə edilir. Əslində, dövlət başçısının namizədliyini geri götürməsi proqnozlaşdırılan idi. Çünki C.Baydenin əsas rəqibi və Respublikaçıların namizədi Donald Trampın reytinqləri hazırkı ölkə rəhbərinə nisbətən daha çoxdur. Bunun əsas səbəbi C.Baydenin xarici siyasət kursundakı uğursuzluqlarla yanaşı, həm də yaşı, səhhətindəki problemlər, çıxışlarındakı qeyri-adekvat hərəkətləridir. C.Baydenin sözügedən qərarından əvvəl onun koronavirusa yoluxması barədə məlumat da yayıldı. Ən əsası, Respublikaçıların namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi Baydenin reytinqini daha da azaltdı.
Harris ABŞ-ın ilk qadın prezidenti statusunu qazana bilər
Bəzi ekspertlər hesab edirlər ki, Baydenin yarışdan geri çəkilməsi keçmiş Prezident Donald Trampı məğlub etmək şansını artıracaq. İndi D.Trampın əsas rəqibi ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisdir. Tramp bir neçə gün əvvəl C.Baydenin seçki kampaniyasından geri çəkilməsinə münasibət bildirərək demişdi ki, K.Harrisi məğlub etmək daha asan olacaq. Amma mənzərə fərqlidir. “Röyters” keçirilən sorğuya əsasən, məlumat yayıb ki, keçirilən sorğularda Harris artıq Trampı üstələyir. Halbuki, D.Tramp C.Baydendən xeyli öndə idi.
Seçkilərdə kimin qalib gələcəyini indidən dəqiq demək çətindir. Məlumdur ki, D.Tramp seçkilərdə qalib gələrsə, ABŞ Rusiyaya qarşı daha loyal davranacaq. K.Harris isə yəqin ki, təxminən C.Baydenin siyasətini davam etdirəcək. Bəzi amerikalı ekspertlər hesab edirlər ki, qadın və qaradərili olması K.Harrisin seçkilərdə şanslarını artıra bilər. Əgər K.Harris qalib gələrsə, o, ABŞ-ın ilk qadın dövlət başçısı olacaq.
C.Bayden xalqa müraciətində Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib. “Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, - deyə, Prezident qeyd edib.
ABŞ Yaxın Şərqə sülh gətirəcək?
Diqqət çəkən əsas məqamlardan biri ABŞ Prezidentinin müraciətində Yaxın Şərqdə davam edən münaqişə haqqında fikirləridir. Bayden çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: “Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm”.
Bəs ABŞ Prezidenti Qəzzada müharibənin dayandırılması prosesində nə dərəcədə səmimidir? Məlumdur ki, Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında 80 ilə yaxındır ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib, xeyli mülki şəxsi qətlə yetirib və girov götürüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Həmin il noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə
HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də isə İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.
Mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlamışdı və bu plan HƏMAS-a təhvil verilmişdi. Baydenin sözlərinə görə, birinci mərhələ tam atəşkəsi, İsrail hərbçilərinin Qəzzadan çıxarılmasını, həmçinin HƏMAS-ın əlində olan girovların bir qisminin azad edilməsini nəzərdə tutur. Eyni zamanda, həbs olunan fələstinlilər də azad edilməli idi. İkinci mərhələ qalan girovların azad edilməsi müqabilində hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tuturdu. Bu təşəbbüsün üçüncü mərhələsində isə döyüşlər nəticəsində Qəzza zolağının zərər görmüş yerlərinin yenidən qurulması öz əksini tapırdı.
Danışıqlar hələ ki, nəticə verməyib
İyunun 11-də isə HƏMAS sözügedən təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün razılığa gəlmək üçün müsbət hərəkətlərə hazır olduqlarını bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində HƏMAS-dan cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər. İsrail isə dəfələrlə Baydenin təklifini dəstəklədiklərini və razılaşmanın qarşısındakı bütün maneələrin yalnız HƏMAS nümayəndələri tərəfindən yaradıldığını deyib. Bu danışıqlara baxmayaraq, ortada hələ də bir nəticə yoxdur, Qəzzada günahsız insanların ölümü davam edir.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişəyə son qoyulması üçün BMT-nin müvafiq qətnamələri var. Bu sənədlər İsrail-Fələstin münaqişəsinin iki dövlətin yaradılması prinsipi ilə həllini nəzərdə tutur. Lakin bu məsələ reallıqda həllini tapmır. İki dövlətin yaradılmasına qarşı çıxanlardan biri də məhz ABŞ-dır. Belə ki, rəsmi Vaşinqton məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarıldığı zaman veto hüququndan istifadə edir. Belə olan halda, C.Baydenin Yaxın Şərqə sülh gətirə biləcəyi inandırıcı deyil.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

