İsveç Kiyevə icazə verdi
28.05.2024 [10:40]
Rusiya ərazisindəki hədəfləri vurmaq üçün...
İki ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi region ölkələri üçün də ağır nəticələr verməkdədir. Son zamanlar isə döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması ABŞ və Avropa İttifaqı, eləcə də NATO-nun Ukraynaya hərbi yardımlarının da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, ötən ilin sonlarından hərbi yardımın azalması Ukrayna ordusunun cəbhədə uğursuzluğuna səbəb olub.
Ona görə də mövcud şəraitdə NATO Kiyevə əlavə yardımlar üçün yeni variantlar axtarır. Bununla bağlı, NATO ölkələrinin Kiyevə qoşun göndərməsi, eləcə də alyansın tədarük etdiyi silahlarla Rusiyadakı hədəflərin vurulmasına icazə verilməsinə dair təkliflər də səsləndirilmişdi. Qoşun göndərilməsini Fransa təklif etmişdi. Belə ki, bu ilin fevral ayında Fransa prezidenti Emmanuel Makron NATO-ya üzv olan ölkələrin rəsmilərinin Parisdə son toplantısında alyans ölkələrini Ukraynaya qoşun göndərməyə çağırmışdı. Makron demişdi ki, Rusiya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusiyanın Ukraynada qələbə qazanmasına imkan vermək olmaz. Fransanın XİN rəhbəri Stefan Sejourne də NATO-nun Ukraynaya hərbi kontingentin göndərməsini zəruri hesab edib.
Hətta Emmanuel Makron bu yaxınlarda Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini deyib. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbas cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanmışdı. Alyansın bəzi üzvləri, xüsusilə Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanıstan Makronun təklifinə birmənalı mövqe sərgiləməyib. Onlar bu təklifə etiraz edib.
Belə bir şəraitdə Fransadan növbəti ziddiyyətli bəyanat səsləndirildi. Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri Jan Lui Burlanj deyib ki, Fransa Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün fransız silahlarından istifadəsinə qoyulan qadağanı ləğv etməlidir. Fransız deputat Paris hökumətini gözləmə vəziyyətindən çıxmağa və ingilis, eləcə də amerikalıların qərarı ilə müqayisə oluna bilən qərar qəbul etməyə çağırıb.
Bütün bunlara görə, rəsmi Moskva Fransaya növbəti dəfə xəbərdarlıq etdi. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Fransanın Ukraynaya qoşun göndərməsinə cavabımız təkcə siyasi xarakterli olmayacaq. Qeyd olunub ki, rəsmi Moskva tərəfindən bununla bağlı Fransa hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq göndərilib: “Fransa Prezidenti Emmanuel Makronun rəhbər tutduğu kəskin ritorikanı bu ölkənin NATO-dakı tərəfdaşları da dəstəkləyir. Nəzərə alınmalıdır ki, NATO əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları Fransa xalqının böyük əksəriyyətində ikrah hissi doğurur”.
Yeri gəlmişkən, ötən ay alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə görüşündən sonra keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq də bildirmişdi ki, NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil. Bununla belə, NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirmişdi ki, Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.
Bütün bunların fonunda İsveç Ukraynaya tədarük edilən silahlardan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. İsveçin müdafiə naziri Pol Yonson isə bildirib ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirməyə hüququ var. Yonson öz mövqeyini beynəlxalq hüquqla əsaslandırıb: “Beynəlxalq hüquqa görə, müharibə qanunları əməl edilirsə, Ukrayna düşmən ərazisinə yönəlmiş hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir. İsveç beynəlxalq hüququ və Ukraynanın müdafiə hüququnu dəstəkləyir”.
Əslində, belə qərarlar münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxara bilər. Əgər sözügedən hərbi toqquşmalar baş verərsə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə ciddi təlatümlərə yol açacaq. Çünki rəsmi Moskva NATO ölkələrinin belə addımlarına səssiz qalmayacaq.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

