“Pul döyüşü”...
20.03.2024 [10:35]
Tural Sadıqlı Osmanqızı ilə birləşib Əli Kərimlini “ifşa edir”
Zaman-zaman pula görə bir-birini ifşa edən rediküllərin əsl kimliyi sirr deyil. Sabun köpüyü qədər boş, əsassız və yalan iddiaları özləri üçün həyat kodeksinə çevirən, virtual “küçələrdə” axşama qədər veyillənən və sosial şəbəkələrdə “pullu xidmət” qarşılığında bir-birinə “dəstək verən” bu “qəhrəmanlar” iş “daşa dirənəndə” özünü ifşaya əl atırlar. Qarşılıqlı olaraq bir-birinin gizli və kirli işlərindən xəbərdar olan bu səmərəsiz qruplaşma öz xislətinə yaxşı bələddir - o səbəbdəndir ki, ayağı tapdanan kimi dünənə qədər “dost”, “həmfikir” və daha təmtəraqlı sözlərlə xitab etdiyini bu dəfə küçə leksikonuna “qonaq edir”lər. Budəfəki döyüş də keçmiş “ortaqlar” - Əli Kərimli, Sevinc Osmanqızı və Tural Sadıqlı arasında başlayıb.
Əslində, bu “üç dost”u bağlayan çox “tellər” var. Bu gün Tural Sadıqlı ilə Osmanqızı birləşərək ifşa etdikləri Əli Kərimlini vaxt var idi müdafiə etmək üçün “sinələrini sipər” edirdilər. Qısaca olaraq, keçmişə ekskurs etsək nələrin şahidi olmarıq... Tural Sadıqlı və onun yaxınları isə Əli Kərimlinin mühacir biznesində əməlli - başlı maklerləri idi. Hətta bu səbəbdən onlar Müsavat Partiyasından qalmaqallı şəkildə istefa belə vermişdilər. İllərlə onların qeyri-qanuni və şərikli şəkildə xaricə mühacir daşıması ilə bağlı faktları məhz AXCP üzvləri özləri etiraf etmişdilər. Osmanqızı isə ermənipərəstlərin direktivlərini “təsdiqləmək” üçün Kərimlinin xidmətindən geninə-boluna istifadə edirdi, onu “youtube qəhrəmanına” çevirmişdi.
Amma deyəsən, artıq keçmiş dostların biznes maraqları toqquşur - bunun nəticəsidir ki, xaricdəki adıçəkilən ünsürlər bir “cəbhə” formalaşdırıb, AXCP sədri ilə Fransada məskunlaşmış satqın, “verbovka edilmiş” Qənimət Zahid digər “cəbhədə“ yer alır. Aralarındakı “küçə döyüşü”ndə isə özünəməxsus ritorikdan istifadə edirlər.
Təbii ki, ortadakı maraq yalnız maddi maraqdır - həm Tural Sadıqlının, həm Sevinc Osmanqızının, həm də Əli Kərimli və onun ətrafındakı xəyanətkar qrupun xarici ermənipərəst mərkəzlərdən qidalandığı sirr deyil. Bu baxımdan, pul bir az azalan kimi biri digərinin “ərazisinə” və ya “kurasiyasına” göz dikir. Məsələn, Əli Kərimli son zamanlar aldığı maliyyənin daha az yerə bölünməsi üçün hətta bir zamanlar yaratdığı “ekspert qrupu”nu belə “azdırıb” - artıq bütün “verlişlərdə” özü “çıxış edir”.
Sevinc Osmanqızının Əli Kərimli haqqında dedikləri isə lap “lətifədir” - məsələn, Osmanqızı deyir ki, Azərbaycanda həqiqətəndə etiraf edək ki müxalifət var: “Sadəcə, onların başını yeyiblər. Başını yeyəndə o rəhbərliklərdir. Bu gün biz sorğu keçirsək ki, AXCP-də nə qədər Əli Kərimliçi var. Mən bilmirəm neçə faiz olar. Aydındır ki o partiyanı susdurub. Heç kəs fərqli bir şey də söylüyə bilmir. Toplaşıb özlərinə təzə rəhbər seçə bilsələr mən hesab edirəm ki, nələrsə etmək iqtidarı var”.
Bəs necə olur ki, aylar öncə Əli Kərimlini “ən layiqli müsahib” kimi efirindən bir an ayırmırdı? Kərimlinin partiyası daxilində avtoritar idarəçilik yürütməsindən indi xəbər tutubmu? Axı, bu partiyadan ayrılan onlarla insanın hər biri bu haqda faktlar sadalayıb. Osmanqızı Əli Kərimlinin bu kimi “məziyyətlərini” indimi görür? Bilmirdimi ki, Ə.Kərimli yalnız “feysbuk”da “layk mərəzi” xəstəliyindən əziyyət çəkir. Bilmirdimi ki, AXCP sədrinin trol dəstəsi onu “aktual” saxlamaq üçün 24 saat ona xidmət edir - bunun qarşılığında isə yalnız cüzi miqdarda vəsait alırlar. Bəli, AXCP illərdir ki, sosial şəbəkə “qrupu”na çevrilib. Ə.Kərimli isə sosial şəbəkə admini funksiyasını yerinə yetirir. Bu həqiqəti anlamaq üçün Osmanqızı deyəsən gecikib...
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

