Bir məktubun izi ilə...
07.08.2026 [10:30]
Qərb dəyərlərini təbliğ edənlərin Vardanyan “sevgisi”
Müharibə cinayətkarını müdafiə etməyin “qiyməti”...
Bəzən absurdla üz-üzə qalmaq məcburiyyəti yaşamalı oluruq - qlobal mühitdə “ziyalı” və ya dünya miqyaslı tanınmış insan görüntüsü altında Qərbin özünün bəyan etdiyi “dəyərləri” tapdayan insanlarla rastlaşırıq. İllərdir separatizmə qarşı mübarizə təbliğatını aparan Qərb dünyasının bu kimi şəxslərə münasibəti isə birmənalı deyil - nəticə etibarı ilə ortadakı situasiya bunu deməyə əsas verir. Beynəlxalq, ədalət prinsipini, bəşəri insani dəyərləri bir göz qırpımında özünün korporativ maraqlarına qurban verən bu kimi şəxslər fərqli coğrafiyalara fərqli standartlar üzərindən yanaşma sərgiləyirlər. Cənubi Qafqaza yanaşmada illərlə erməni işğalına göz yuman, susan, təcavüzkarları qoruyan, işğal faktı ilə bağlı bir cümlə belə söyləməyən bu kimi “ziyalılar” yeni reallıqlarla da barışmaq istəmir. Azərbaycanın son 6 ildə bölgədə formalaşdırdığı siyasi situasiya nətcəsində ortaya çıxan mənzərə həmin şəxslərin ürəyincə deyil - halbuki, Azərbaycan 30 ildən çox davam etmiş işğal faktını aradan qaldırmaqla yanaşı BMT TŞ-nın məlum 4 qətnaməsinin icrasını da yerinə yetirib. 2023-cü il antiterror əməliyyatı ilə isə Azərabaycan özünün suverenliyini bərpa etməklə yanaşı, illərlə seapartizm yayan, Azərbaycan qanunlarını pozan, müxtəlif cinayətlərdə günahlandırılan separatçı xunta üzvlərini ədalət mühakiməsi qarşısına çıxardı. Bu, ali hüququn təntənəsidir - cinayətkarın törətdiyi cinayətin məsuliyyətini daşıması ədalətin və hüququn qələbəsidir. Amma deyəsən, bəziləri üçün bu dəyərlər də itib...
Müharibə cinayətkarı, yoxsa hərbi əsir...
Söhbət müharibə cinayətlərində ittiham olunaraq qanun qarşısında cavab verən, məhkəmə qərarı ilə həbs olunan Ruben Vardanyandan və onun “çətiri” olmağa çalışan Nyu-York Universitetinin professoru yazıçı Nassim Nikolas Talebdən gedir. Hansı ki, bu “professor” Ruben Vardanyanın “xeyriyyəçiliklə” bağlı sistemli illüziyaları ilə bağlı “yüksək fikirdədir” və bu fikirləri də tirajlayır. Adını “professor” qoymuş bu şəxs “hərbi əsir” anlaşıyı ilə “müharibə cinayətkarı” anlayışını qarışdırır. Gəlin ilk öncə bu anlayışlara bir aydınlıq gətirək:
- Hərbi əsir: silahlı münaqişə zamanı qarşı tərəfin silahlı qüvvələrinin üzvü olub əsir götürülən şəxsdir. Onun statusu 1949-cu il Üçüncü Cenevrə Konvensiyası ilə tənzimlənir. Hərbi əsirlər işgəncəyə və qeyri-insani rəftara məruz qala bilməz (ümumiyyətlə, Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə Azərbaycanda olan ermənilərin heç biri deyə bilməz ki, onlar hansısa işgəncəyə məruz qalıblar), lazımi qida, tibbi yardım və yaşayış şəraiti ilə təmin edilirlər.
- Müharibə cinayətkarı: müharibə zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozaraq müharibə cinayətləri törətməkdə ittiham olunan və ya təqsirli bilinən şəxsdir. Belə əməllərə mülki şəxslərin qəsdən öldürülməsi, işgəncə, girov götürmə, əsirlərlə qəddar rəftar, qanunsuz deportasiya və digər ağır pozuntular daxildir. Vardanyan və onunla birgə ədalət məhkəməsi qarşısında cavab verən separatçılar isə müharibə dövründə Gəncədə, Bərdədə törədilmiş qətliamların, cinayətlərin, dinc və günahsız insanların ölümü ilə nəticələnən teraktların birbaşa sifarişçisi və icraçılarıdırlar.
Beləliklə, “professor” Nikolas Taleb bilməlidir ki, müharibə cinayətkarı konkret cinayət törətməkdə ittiham olunan və ya məhkəmə tərəfindən təqsirli bilinən şəxsdir. Bu iki anlayış beynəlxalq hüquqda fərqli məna daşıyır və bir-biri ilə qarışdırılmamalıdır. Ruben Vardanyanın siyasi kimliyi isə hər kəsə bəllidir - nəinki Azərbaycan cəmiyyəti, dünya ictimaiyyəti onun kimliyini, vaxtilə Qarabağa hansı məqsədlərlə gəldiyini, hətta hansı təxribatçı əməllər törətdiyini yaxşı bilir. Vardanyan 2022-ci ilə kimi Rusiya vətəndaşı, erməni lobbizminə pul ayıran milyarder kimi tanınıb. O, 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb və burada qondarma rejimin “dövlət naziri” kimi fəaliyyət göstərməyə başlayıb. Müharibə dövründə isə separatçıların əsas rəhbərlərindən biri olub. Bu adam əgər “xeyriyyəçi” idisə, onun Qarabağda nə işi vardı? Demək ki, burada söhbət sırf siyasi və hərbi maraqlar güdməkdən gedir, Vardanyan məhz cinayətkar fəaliyyətinə görə də həbs olunub.
“Professor”a cavab...
Yeri gəlmişkən, Amerika Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən ixtisaslaşdırılmış materiallar istehsal edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi, tədqiqatçı yazıçı Ergün Kırlıkovalı Nyu-York Universitetinin professoru yazıçı Nassim Nikolas Talebə Ruben Vardanyanın “xeyriyyəçiliklə” bağlı sistemli illüziyalarına dair məktub ünvanlayıb. Məktubda bildirilib ki, “Sizə X sosial şəbəkəsində Ruben Vardanyanın həbsdə qaldığı müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyinizi bildirdiyiniz son ictimai bəyanatınızla əlaqədar müraciət edirəm. Karyerasını gizli maliyyə riskləri, narrativ yanlışlıqlar və sistemli “korluq” barədə dünyanı xəbərdar etməyə həsr etmiş bir müəllifin diqqətlə formalaşdırılmış bir illüziyanın təsiri altına düşməsini müşahidə etmək dərin ironiyadır. Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin hərtərəfli təhlili göstərir ki, onun geniş tanınan xeyriyyəçi imici məhz sizin klassik şəkildə “narrativ sipər” adlandıracağınız bir vasitədir və qanunsuz maliyyə fəaliyyətini, eləcə də geosiyasi sabitliyin pozulmasını gizlətməyə xidmət edir”.
Ergün Kırlıkovalı məktubunda faktlara diqqət çəkir: “Gəlin faktlara nəzər salaq. Vardanyanın “Troika Dialog” bankı “Troika Laundromat” kimi tanınan çirkli pulların yuyulması sxeminin mərkəzində fəaliyyət göstərirdi. Qlobal maliyyə qurumlarının və hüquq-mühafizə orqanlarının araşdırmalarına əsasən, bu şəbəkə əsas və ikinci dərəcəli “təbəqələşdirmə” üsullarından istifadə etməklə mürəkkəb ofşor sxemləri, vasitəçi bankları və saxta şirkətləri idarə edib, Rusiyadan milyardlarla dolların qanunsuz şəkildə çıxarılmasını təmin edib və benefisiar mülkiyyətçilərin kimliyini sistemli şəkildə gizlədib. Bundan əlavə, bank auditləri göstərir ki, bu şəbəkə adi və heç nədən xəbəri olmayan vətəndaşlardan hüquqi şəxslərin hesablarını rəsmiləşdirmək üçün istifadə edib, onların şəxsiyyət məlumatları vasitəsilə vəsaitləri mürəkkəb beynəlxalq maliyyə sxemləri ilə köçürüb. Sistemli maliyyə pozuntularından əlavə, Vardanyanın fəaliyyəti qanunvericilik və təhlükəsizlik baxımından da ciddi nəticələr doğurur.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra o, Rusiyanın müharibə məqsədlərinə xidmət edən əsas sənaye sahələrinə maddi, texniki və logistik dəstək göstərməkdə ittiham olunaraq, bir sıra beynəlxalq monitorinq mexanizmlərinə daxil edilib. Onun adının Ukraynanın “Peacemaker” (Sülhməramlı) bazasına rəsmi daxil edilməsi onu, sadəcə, müşahidəçi deyil, dövlət təcavüzünü maliyyə baxımından dəstəkləyən şəxs kimi xarakterizə edir. Beynəlxalq səviyyədə ciddi sanksiyalarla üzləşmiş bir şəxsin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməklə siz regional zorakılığı maliyyələşdirən mexanizmləri faktiki olaraq müdafiə etmiş olursunuz”.
Məktubda qeyd olunur ki, Vardanyanın 2022-ci ilin sonlarında Qarabağa qəfil gəlişi yerli sabitliyi birbaşa pozdu, nəticədə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması ittihamları ilə 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin çıxardığı 20 il müddətinə azadlıqdan məhrumetmə hökmü ilə nəticələndi: “Vardanyanın keçdiyi yolu, sadəcə, humanitar missiya kimi qiymətləndirmək yazılarınızda xəbərdarlıq etdiyiniz “kor nöqtələr”in qurbanına çevrilmək deməkdir. Bundan əlavə, ictimai mövqeyiniz bu münaqişənin qurbanlarına qarşı tarixi empatiyanın ciddi çatışmazlığını nümayiş etdirir. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı öz torpaqlarında ağır faciələr yaşayıb. Bu faciələrə 1992-2020-ci illərdə baş vermiş amansız hərbi işğal, silah gücünə doğma yurdlarından didərgin salınmış təxminən bir milyon azərbaycanlı mülki şəxs və 1992-ci ildə baş vermiş Xocalı qətliamının sənədləşdirilmiş dəhşətləri daxildir. Bu ərazilərin azad olunması və 2020-ci ilin noyabrında əldə edilmiş atəşkəs nəhayət davamlı sülh sazişinə aparan yolu açsa da, uzunmüddətli sülh yalnız beynəlxalq məsuliyyət və hüququn aliliyinin təmin olunması ilə mümkündür. Kölgə iqtisadiyyatı, qanunsuz qlobal maliyyə əməliyyatları və müharibə logistikası ilə sıx əlaqələri olan bir oliqarxı müdafiə etmək üçün qlobal platformanızdan istifadə etməklə siz etik mövqe nümayiş etdirmirsiniz. Əksinə, siz süni şəkildə hazırlanmış bir piar kampaniyasının intellektual dürüstlüyünüzə kölgə salmasına icazə verirsiniz.
Əsl humanizm bizdən əziyyətlərdən qazanc götürən nüfuzlu maliyyəçilərin deyil, məcburi köçkünlərin və təcavüz qurbanlarının tərəfində olmağı tələb edir. Sizi real və ya təxəyyül məhsulu olan şəxsi rəğbətinizi bir kənara qoymağa, Vardanyanın fəaliyyət şəbəkəsini özünüzün tətbiq etdiyiniz ciddi skeptisizm meyarları ilə qiymətləndirməyə və müdafiənizin doğurduğu ciddi etik nəticələri yenidən nəzərdən keçirməyə çağırıram”.
“Zərurət”, yoxsa...
Yazının əvvəlində səsləndirdiyimiz sual yenidən ortaya çıxır - görəsən, haqqı və ədaləti, ədalətli mühakiməni özünün sadiq prinsipi elan etmiş Qərbin adını ziyalı qoymuş “professoru” niyə bu “pullu erməniyə” münasibətdə öz ənənələrinə xəyanət edir? Nə üçün, eyni məsuliyyəti daşıyan və dünyanın bir çox yerlərində separatizm toxumu yayanlar bu gün zindandadır, amma ölkəmizin suverenliyini pozmuş, müharibə cinayətkarı Vardanyana münasibətdə xeyriyyəçi qismində “kampaniya” aparılır? Bu, hansı ədalətin göstəricisidir?... Və ya bu ikili standart “hansı zərurətdin” irəli gəlir...
Ədalət məhkəməsinin qərarı ilə...
Azərbaycan məhkəməsinin qərarları isə yalnız hüquqa və ədalətə söykənir. Qeyd edək ki, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib. Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə qərarı elan olunub. Məhkəmə qərarında bildirilib ki, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki, Babayan Davit Klimin, Mnatsakanyan Levon Henrixi, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Qazaryan Erik Roberti, Beqlaryan Vasili İvani, Balayan Levon Romiki, Allahverdiyan Davit Nelsoni və Stepanyan Qurqen Homerosinin barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31

