Türk Ailəsinin güclənən birliyi: Azərbaycanın liderlik missiyası
07.08.2026 [11:55]
TDT-nin inkişafı Bakinin xarici siyasətində strateji hədəflərdəndir
Prezident İlham Əliyevin bu ilin 6 ayında səsləndirdiyi prioritetlər...
Türk dünyasının inteqrasiyası son illərdə beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi və geoiqtisadi amillərdən birinə çevrilib. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşan bu əməkdaşlıq modeli artıq təkcə mədəni-humanitar sahə ilə məhdudlaşmır, siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya layihələri, enerji təhlükəsizliyi və regional sabitliyin təmin olunması istiqamətlərində də yeni məzmun qazanır. Bu prosesdə Azərbaycan həm təşəbbüsləri, həm də praktik fəaliyyəti ilə Türk dünyasının inkişafına mühüm töhfələr verən aparıcı dövlətlərdən biri kimi çıxış edir. Yeni dövrdə Azərbaycan Türk dünyası ailəsinin ən vacib üzvlərindən birinə çevrilib. Əslində, bu Azərbaycanın uğurlu xarici siyasət kursunun real nəticəsidir - hələ 2024-cü ilin fevralında Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bildirmişdi ki, “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
TDT-də təhlükəsizlik və müdafiə əməkdaşlığı yeni mərhələyə keçir
Və bu gün Azərabycanın irəli sürdüyü strateji xətt inkişaf edir. Ölkəmizin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, strateji tərəfdaşlığın dərinləşməsinə və ortaq maraqların beynəlxalq platformalarda daha effektiv müdafiəsinə xidmət göstərir. Xəzərdən Aralıq dənizinə, Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəqliyyat və enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın oynadığı rol ölkəmizi Türk dünyasının əsas geostrateji körpülərindən birinə çevirib. Bu baxımdan Bakı yalnız coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi baxımdan Türk dövlətlərini birləşdirən mühüm mərkəz funksiyasını yerinə yetirir. Bakı təşkilatın funksionallığını artırmaq üzərində real iş aparır. Ötən ilin payızında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan türk dövlətləri arasında hərbi əməkdaşlıq sisteminin qurulmasının vacibliyini önə sürmüşdü. İqtisadi inteqrasiya ilə yanaşı müdafiə immunitetinin güclənidirilməsi də artıq təşkilatın əsas hədəflərindən biri kimi oratya çıxır. Hələ 2023-cü ildə Astanada baş tutmuş X Astana Zirvəsində Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi Türk Dövlətləri Təşkilatı üçün mühüm yol xəritəsinə çevrilmişdi. Qəbələ Zirvəsində isə bu əməkdaşlığın aydın konturları ortaya qoyulurdu. Bu ilin əvvəlində yerli televiziyalara müsahibəsində dövlət başçısı bildirmişdi ki, “Bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir”.
Şuşa Bəyannaməsi Türk hərbi əməkdaşlığının nümunəvi modeli kimi
TDT-nin ümumi müdafiə sisteminin formalaşması istiqamətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsi real nümunədə ortaya qoyulur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi isə əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub - ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, TDT üzvü olan ölkələr də özlərinin müdafiə imkanlarının inteqrasiyasını məhz bu kriteriyalar üzrə inkişaf etdirə bilərlər. Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziyalara müsahibəsində də bu məqamı önə çəkmişdi: “Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik”.
Rəqəmsal inkişaf, Orta Dəhliz və Türk dünyasının gələcək vizyonu
Bəli, birmənalı şəkildə bu gün Azərbaycan Türk dünyası ailəsinin ayrılmaz, etibarlı və fəal üzvü kimi ortaq dəyərlərin qorunmasına, həmrəyliyin möhkəmləndirilməsinə və gələcək nəsillər üçün daha güclü əməkdaşlıq platformasının formalaşdırılmasına əhəmiyyətli töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr və irəli sürülən ideyalar Türk dövlətləri arasında birliyin daha da güclənməsinə xidmət etməklə yanaşı, bütövlükdə Avrasiya məkanında sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. Bu reallıq Azərbaycanın böyük Türk dünyası ailəsində tutduğu xüsusi yeri və artan nüfuzunu bir daha təsdiqləyir. Bu ilin mayında Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir: “Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır. Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır... Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir. Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.
Azərbaycan ortaq tarixi irsin və humanitar inteqrasiyanın aparıcı təşəbbüskarıdır
Azərbaycan TDT-nin genişmiqyaslı inkişaf konsepsiyasına yalnız siyasi, iqtisadi, hərbi-müdafiə ilə bağlı töhfələr vermir. Bakı həm də Türk dünyasının dünəninin bu gününə bağlılığı istiqamətində mühüm işlər görür. Bunun ən bariz sübutu bu ilin iyulunda Bakıda baş tutmuş və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”dir. Qeyd edək ki, “Türk Dünyası Həftəsi” Azərbaycan Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilmişdi və tədbirdə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr qatılmışdılar. Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyü təşəbbüsün reallaşmasının məmnunluq doğurduğunu bildirib: “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur. Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır...
Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.
Bəli, Birinci Türkoloji Qurultayın irsini yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək bütün türk xalqlarının ortaq məsuliyyətidir. Azərbaycan türk dünyasında həmrəyliyin möhkəmlənməsində tarixi rolunu bu gün də böyük məsuliyyətlə davam etdirir. Bu, həm də özlüyündə TDT-nin milli dəyərlərinin yaşadılması istiqamətində vacib bir addımdır. Prezident İlham Əliyev bəyan etdiyi hədəfləri, prioritetləri uğurla həyata keçirir.
Ortaq keçmişdən ortaq gələcək hədəflərə doğru...
Beləliklə, müasir dövrdə Türk Dövlətləri Təşkilatının inkişaf dinamikası göstərir ki, təşkilat artıq təkcə ortaq tarix və mədəniyyət platforması deyil, həm də geosiyasi, geoiqtisadi və təhlükəsizlik baxımından beynəlxalq münasibətlər sistemində çəkisi artan əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Bu prosesdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər təşkilatın institusional güclənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt Türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və ortaq maraqların daha effektiv müdafiəsinə xidmət edir. Azərbaycan Türk dünyasını yalnız ortaq keçmişlə deyil, həm də ortaq gələcək hədəfləri ətrafında birləşdirən əsas mərkəzlərdən biri kimi çıxış edir. Məhz buna görə də ölkəmiz Türk Dövlətləri Təşkilatının gələcək inkişaf konsepsiyasının formalaşmasında aparıcı rol oynayır və XXI əsrdə Türk dünyasının nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi istiqamətində mühüm missiyanı uğurla həyata keçirir. Bu reallıq Azərbaycanın böyük Türk dünyası ailəsinin ən etibarlı, fəal və strateji əhəmiyyətə malik üzvlərindən biri olduğunu bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38

