Körfəzdə yeni gərginlik başlayır?
08.08.2026 [09:55]
Türkiyə - Pakistan - Səudiyyə Ərəbistanı üçlü təhlükəsizlik koalisiyası qura bilər
Yaxın və Orta Şərqdə, xüsusilə Körfəz regionunda mövcud gərginliklər daha da arta bilər. Belə ki, xarici media yazır ki, Səudiyyə Ərəbistanı yəmənli Husilər, iranpərəst İraq milisləri və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən krallığa hücumlara hazırlıq görüldüyünə dair kəşfiyyat məlumatları alıb. Əl-Ərəbiyyənin bu barədə məsələ ilə tanış olan mənbəyə istinadən yaydığı məlumatda bildirilir ki, İranın dəstəklədiyi qüvvələr və İİKK-nın Səudiyyə Ərəbistanına hücum etməyə hazırlaşdığını göstərən etibarlı kəşfiyyat məlumatları var. Mənbə iddia edir ki, əldə edilən məlumatlar hücumlara hazırlıqda koordinasiya olduğunu göstərir. Eləcə də, toplanan kəşfiyyat məlumatlarına mümkün eyni vaxtda hücumlara hazırlıq məqsədilə raket və pilotsuz təyyarələrin hərəkətlərinin müşahidələri daxildir. Əlavə edilib ki, potensial hücumlar kritik infrastruktur, hava limanları və dəniz limanları da daxil olmaqla, mülki və enerji obyektlərini hədəf ala bilər. Agentliyin mənbəyinə görə, Səudiyyə Ərəbistanı hər hansı bir təcavüzə cavab olaraq bütün zəruri tədbirləri görməkdən çəkinməyəcək.
Avqustun əvvəlində “Wall Street Journal” qəzeti xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz ölkələri ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni zərbələrdən imtina etməyə və danışıqlara başlamağa inandırıb. Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampı münaqişənin qızışmasının qarşısını almaq üçün diplomatiya yolu ilə getməyə çağırıb. ABŞ-ın regiondakı müttəfiqləri də uzun sürən münaqişə ilə bağlı narahatlıqlar fonunda Vaşinqtondan əlavə hava hücumundan müdafiə vasitələri və təhlükəsizlik zəmanətləri istəyiblər.
Səudiyyə Ərəbistanı təhlükəsizlik tədbirlərini gücləndirir
Bir neçə gün öncə isə Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Ədən körfəzində dəniz təhlükəsizliyini artırmaq üçün çoxmillətli müdafiə koalisiyasının yaradılacağını açıqlayıb. Yeni alyansın məqsədi regionda artan təhlükələrə qarşı birgə mübarizə aparmaq və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Turki əl-Maliki dəniz təhlükəsizliyinə artan təhdidlərə qarşı çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılacağını açıqlayıb. Əl-Maliki bildirib ki, təşəbbüs regionda müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. O qeyd edib ki, regionda və dünyada “real və yeni yaranmaqda olan” təhlükələr mövcuddur. Hər bir ölkənin öz maraqlarını qorumaq üçün lazımi hərbi və ya siyasi tədbirləri görmək hüququ olduğunu bildirən Əl-Maliki, mövcud təhlükələrin ölkələr arasında daha çox koordinasiya və əməkdaşlığı zəruri etdiyini vurğulayıb. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Yəməndə qanuni hökuməti dəstəkləyən koalisiyanın dəniz təhdidləri ilə mübarizədə əldə etdiyi təcrübənin yeni quruluşun yaranmasında rol oynadığını da xatırladıb. Əl-Maliki dəniz minaları və pilotsuz uçuş aparatları (PUA) kimi təhdidlərə qarşı aparılan işlərin dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı yaxşılaşdırdığını da qeyd edib. O, Səudiyyə Ərəbistanının koalisiyanın daimi qərargahı və komanda mərkəzinə ev sahibliyi edəcəyini də açıqlayıb.
Bu addımın regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Ər-Riyadın rolunu əks etdirdiyini söyləyən Əl-Maliki koalisiyanın Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində dəniz təhlükəsizliyini artırmağı hədəflədiyini qeyd edib. Bildirilib ki, yeni formasiya regionda ümumi maraqları qorumaq və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərəcək.
Üçtərəfli müqavilə nə vəd edir?
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən səhər saatlarında Səudiyyə Ərəbistanına səfər edib. Prezident Ərdoğanın işgüzar səfər çərçivəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşü planlaşdırılıb. Təhlükəsizlik mənbələri Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın üçtərəfli müdafiə sazişi imzalayacağı haqda xəbər yaymışdılar. Bildirilirdi ki, Pakistan ABŞ-İran müharibəsinə son qoymaq üçün vasitəçilik səylərində iştirak edib, Türkiyə isə Qəzzada atəşkəsin təmin edilməsində fəal diplomatik rol oynayıb.
Qeyd edək ki, 2025-ci ildə Pakistan və Səudiyyə Ərəbistanı arasında uzun illər davam edən hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq məqsədilə Strateji Qarşılıqlı Müdafiə Sazişi (Strategic Mutual Defence Agreement - SMDA) imzalanıb. Sazişdə qeyd olunub ki, tərəflərdən birinə qarşı silahlı hücum hər iki dövlətə qarşı hücum kimi qiymətləndiriləcək və qarşılıqlı müdafiə prinsipi tətbiq olunacaq. Bundan başqa, hərbi kəşfiyyat məlumatlarının mübadiləsi genişləndiriləcək, birgə hərbi təlimlər və müdafiə planlaşdırılması gücləndiriləcək. Eləcə də, sazişə görə, hava hücumundan müdafiə, raket sistemləri və digər strateji hərbi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, müdafiə sənayesi və silah istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Türkiyənin də iştirakı ilə üçtərəfli sazişin imzalanması isə geosiyasi cəhətdən daha böyük əhəmiyyət daşıyır. Analitiklərin fikrincə, Körfəz regionundakı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, regional təhlükəsizlik təminatlarına dair suallara cavab tapılması bu müqavilənin aparıcı məqsədi ola bilər. Eləcə də, Pakistanın nüvə silahına malik yeganə müsəlman dövləti olması müqavilənin imkanlarını daha da genişləndirir.
Bir məqam isə bu müqavilənin bizə yaxın coğrafiya üçün də mühüm əhəmiyyət kəsb etməsidir. Bəlli olduğu kimi, Türkiyə Azərbaycanın rəsmi müttəfiqidir. Pakistan isə ölkəmizə yaxın qardaş dövlət sayılır.
SADİQ
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46

