Müharibənin və sülhün qalibi
08.08.2026 [15:22]
Ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə baş tutan görüşdən bizi bir illik zaman məsafəsi ayırır. Həmin görüşlə və ümumiyyətlə Vaşintonda aparılan müzakirələrlə bağlı təhlillər, eləcə də ötən bir ildə izlənilən hadisələr Azərbaycan - Ermənistan münasibətləri və sülhyaratma prosesi ilə bağlı mühüm qənaətlərə gəlməyə əsas verir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da Vaşinqtona səfəri ABŞ-Azərbaycan əlaqələrinin transformaiyası ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir.
Burada Azərbaycanın səyləri xüsusi diqqət çəkir. Məhz respublikamız, şəxsən Prezident İlham Əliyev qətiyyətli siyasi iradə, sülhə möhkəm sadiqlik naminə ardıcıl fəaliyyət syəsində tənzimləmə prosesini mühüm substantiv nəticələrin əldə olunduğu Vaşinqton görüşünədək irəlilətməyə nail oldu. Ağ Evdə əldə olunan razılaşmalar onun təsdiqi idi ki, dünyanın supergüc dövləti sayılan ABŞ da daxil olmaqla beynəlxalq birlik ölkəmizin sülh gündəliyini qəbul edir və onu təqdirlə qarşılayır. Bu isə o anlama gəlir ki, Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qalib gəlib.
Ölkəmiz, xalqımız işğal faktı ilə barışa bilməzdi və barışmadı da
Altı il bundan əvvəl – 2020-ci il sentyabrın 27-də ölkəmiz, xalqımız səhəri müharibə xəbəri ilə açdı. Səhər saat 06:00-da İkinci Qarabağ müharibəsi başlamışdı. Müharibə uzun çəkmədi - cəmi 44 gün davam etdi. Ancaq bu qısa müharibədə qazanılan Qələbə öz miqyasına və mahiyyətinə görə çox böyük idi. Müharibədə Azərbaycan yalnız işğalçı Ermənistana deyil, həm də onun arxasında dayanan böyük güclərə qalib gəlməklə ərazi bütövlüyünü təmin etdi.
Azırbaycan xalqı sülhsevər xalqdır. Ancaq müharibə qaçılmaz idi. İşğalçı Ermənistanın davranışları bunu zərurətə çevirmişdi. Müharibənin əsas səbəbi Ermənistanın üç onillik ərzində danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərdi. Bundan başqa, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirir, Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə rəqs edir, qondarma “DQR”in parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulurdu... 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Müharibə ölüm-itim, qan-qada, göz yaşları, nisgil, ana fəryadı, talelərin pozulması, puça çıxan ümidlər deməkdir. Ancaq təzada bir baxın. Altı il bundan əvvəl sübh tezdən gələn müharibə xəbərini eşidən hər bir azərbaycanlı göz yaşlarını saxlaya bilməyərək “o gün gəldi, nəhayət, başladı” deyə pıçıldadı. Bu, ümummilli bir əhval-ruhiyyə idi. Əlinə silah alıb döyüşlərə gedəcək gənc də, oğlunu cəbhəyə yola salacaq ana-ata da, barmağında nişan üzüyü daşıyan, sevgi həsrəti çəkəcək qızlar da eyni hissləri keçirirdilər. Yaşanacaq fəsadlara, ağrı-acılara rəğmən, cəmiyyətimizin müharibə ovqatına köklənməsi isə təsadüfi deyildi. Bu, qəfil başlayan yox, gözlənilən bir müharibə idi. Buna görə də müharibənin başlaması xəbəri heç kəsi sarsıtmadı, əksinə bizləri cəsarətləndirdi, hər birimizi daxilən ön xəttə, Ordumuza yardıma səfərbər etdi. Bu, bütövlükdə Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərliyinin və həmrəyliyinin bariz ifadəsi idi.
Cəmiyyətimizin əhval-ruhiyyəsi ilə yanaşı, dövlətimizin siyasi qətiyyəti də ortada idi. Otuz il ərzində ATƏT-in Minsk qrupu formatında aparılan sülh danışıqlarında yüksək fəallıq göstərən, substantiv nəticələr əldə edilməsinə çalışan Azərbaycan dövləti Prezident İlham Əliyevin starateji baxışlarına və yanaşmalarına uyğun olaraq paralel şəkildə öz iqtisadiyyatını gücləndirmiş və müasir ordu qurmağa nail olmuşdu. Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təmin olunmasının ən real yolunu ölkənin gücləndirilməsində görürdü. Onun uzaqgörənliklə qarşıya qoyduğu hədəflər də məhz Azərbaycanın potensialının artırılmasına və bu əsasda güclü ordu qurulmasına hesablanmışdı. Ölkəmiz qətiyyətli və uzaqgörən Liderinin məqsədyönlü siyasəti sayəsində bu hədəfinə addım-addım yaxınlaşdı. Məhz ölkənin güclü potensialına və Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinə əsaslanan Prezident İlham Əliyev müxtəlif auditoriyaların tribunalarından cəsarətlə bəyan edirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazilərini digər vasitələrlə işğaldan azad edəcək. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövləti bu məsələni həmişə öz gündəliyinin mərkəzində saxladı və siyasətini də əsas ümummilli ideyamızın reallaşdırılmasına uyğun apardı. Dünya 44 günlük müharibə günlərində Prezident İlham Əliyevin Lider qətiyyətininin, yüksək diplomatik məharətinin bir daha şahidi oldu.
Ermənistanın genişmiqyaslı təxribatlarına qarşı əks-hücum əməliyyatının başlanmasından sonra ilk döyüşlərdə qazanılan uğurlar dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müharibə hazırlıqlarını necə yüksək keyfiyyətlə apardığını əyani şəkildə ortaya qoydu. Hər bir məsələdə müasir yanaşma tətbiq edən İlham Əliyev Vətən müharibəsində də novatorluq nümunəsi sərgilədi. Bu müharibənin, tətbiq olunan taktikaların dünya hərb tarixində analoqu yoxdur. Prezident İlham Əliyev müsahibələrinin birində Vətən müharibəsini dəyərləndirərək “Bəli, bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi”, - deyə vurğulayıb.
Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbiçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.
Məğlub Ermənistan 44 günlük müharibədə kapitulyasiyaya uğramasına baxmayaraq, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdən yayınmağa çalışır və ərazilərimizdə təxminən 15 min kontingentə malik hərbi hissələrini saxlamaqda davam edirdi. Tez-tez təxribatlara əl atılırdı. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Bu əməliyyat uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.
Sülhün müəllifi Azərbaycandır
Azərbaycanla Ermənistan arasında ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi idi. Əslində, Ermənistan sülhə məcbur edilmiş və paraflanma ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdur.
Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, belə deyil. 2020-ci ildən əvvəl Ermənistan işğalı genişləndirmək planları qururdu. Bu ölkənin hərbi birləşmələrinin müharibə dövründə Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları yaddaşlardan silinməyib. Yalnıız 2023-cü ildə keçirilən uğurlu antiterror əməliyyatından sonra Paşinyan reallıqları anlamağa başladı. Beləliklə, Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb, məhz İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir.
İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra regionda tənzimləmə prosesinə məhz Azərbaycanın təşəbbüsü ilə başlanıb. Dünya tarixindən bəllidir ki, müharibələrin qalib tərəfi olan dövlətlər bir qayda olaraq məğlub tərəfə öz şərtlərini diqtə edirlər. Qalib Azərbaycan belə davranmadı, 10 noyabr 2020-ci il tarixində Ermənistan üçün kapitulyasiya sənədi hesab edilən üçtərəfli bəyanat imzalandıqdan sonra müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmini ortaya qoydu. Azərbaycanın müharibə başa çatandan sonra Ermənistana ünvanladığı 5 bənddən ibarət sülh paketində qalib dövlətin hansısa ambisiyları yer almırdı, əksinə bu sənəd sırf beynəlxalq hüquq və dünyada qəbul olunmuş norma və prinsiplər nəzərə alınmaqla hazırlanmışdı. Sonrakı mərhələdə Ermənistandakı revanşist qüvvələrin və onların xaricdəki havadarlarının manipulyativ davranışlar sərgiləmələrinə rəğmən, Azərbaycan bütün belə əsassız müqavimət cəhdlərinin qarşısını aldı və beləliklə də sülhə doğru böyük yol keçmək, nəzərdə tutulan bütün müddəaların razılaşdırılması mümkün oldu.
Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanması ikitərəfli tənzimləmə prosesində yeni mərhələ açıb. Sənədin mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Burada vurğulanır ki, Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.
Hazırda regionda sülh reallıqdır. Tərəflər bunun nəticələrini hiss edirlər. O cümlədən Azərbaycan sülh prosesinə sadiqliyini nümayiş etdirərək öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına razılıq verib. Eyni zamanda, Azərbaycandan Ermənistana starteji enerji məhsulları göndərilir. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin mütəmadi görüşləri ilə etimad quruculuğu istiqamətində zəruri addımlar atılır.
İndiki mərhələdə yekun sülh sazişinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasıdır. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirlməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər.
İkinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başımızın sülhdə də qələbəsidir.
Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdıə iş aparlması bunun nəticəsidir.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

