Rusiyanın hava məkanına növbəti hücum...
31.08.2023 [12:00]
“Xalça” rejimi təhlükəsizliyin qarantıdırmı?
Y.SAHİB
Avqustun 30-a keçən gecə Rusiyanın Pskov vilayətinin hava limanına dron hücumu olub. Nəticədə dörd ədəd İl-76 hərbi təyyarəsi zədələnib. Pskov vilayətinin qubernatoru Mixail Vedernikov Pskov hava limanına pilotsuz təyyarə ilə bağlı hücumu təsdiqləyib. O, Teleqram kanalında qeyd edib: “Müdafiə Nazirliyi pilotsuz təyyarələrin Pskov hava limanına hücumunun qarşısını alır. Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam”.
Qeyd edək ki, hava limanına hücum nəticəsində avqustun 30-na keçən gecə Rusiyanın bir neçə regionunda hava məkanı bağlanıb. TASS agentliyinin məlumatına görə, Domodedovo və Vnukovo, həmçinin Serpuxov və Ryazan hava limanlarına “Xalça” rejimi tətbiq edilib. Bu aeroportlar müvəqqəti olaraq reysləri qəbul etməyib.
Aviasiya xidmətindən bildirilib ki, Vnukovo hava limanından İrəvana uçmalı olan iki təyyarə gecikib, Bodrum və Ankaradan gələn təyyarələrdə də gecikmələr olub. Şeremetyevo hava limanının fəaliyyətinə də məhdudiyyətlər qoyulub: “Şeremetyevo hava limanı müvəqqəti olaraq reyslər göndərmir və qəbul etmir. Gözləmə zonasından olan təyyarələr alternativ aerodromlara yollanıb. Xüsusən, Nijni Novqoroda eniş üçün iki reys hazırlanır”.
Məlumata görə, təyyarələrin bir neçəsi Sankt-Peterburqa yönləndirilib.
Dünən günorta saatlarında Fövqəladə hallar xidməti Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarının işini bərpa etdiyini açıqlayıb. Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, uçuş məhdudiyyətləri səbəbindən 11 sərnişin reysi alternativ hava limanlarına yönləndirilib: “Bu gün səhər tezdən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo, eləcə də Jukovski hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Bunlardan 11 sərnişin reysi alternativ hava limanlarına yönləndirilib”.
“Xalça rejimi” tam təhlükəsizlik faktoru deyil
Hərbi ekspert Ədalət Verdiyevin “Yeni Azərbaycan”a açıqlamasına görə, hava məkanının bağlanması, “xalça rejimi” heç bir ölkənin tam təhlükəsizliyini təmin edə biləcək bir faktor deyil. Bu, yalnız uçuşların təhlükəsizliyinin təmin edilməsi məqs?dilə məcburi olaraq atılan addımlardan biridir: “Odur ki, Rusiyanın atdığı bu addım, Moskva və Moskva ətrafında aeroportları, hava limanlarını, uçuşa hazırlaşan və ya uçan təyyarələri Ukrayna PUA-larının zərbəsindən qorumaq məqsədilə atılan addımdır. Belə addımlar döyüş əməliyyatları gedən zonalara və yaxud da bu zonalara yaxın ərazilərdə dəfələrlə tətbiq edilib. Amma bu tədbirə heç bir halda təhlükəsizliyin təminatı kimi baxıla bilməz”.
Məqsəd psixoloji təzyiq yaratmaqdır
Ekspert qeyd edib ki, Kiyev Moskvaya dron hücumlarına görə məsuliyyəti öz üzərinə götürmür. Onun sözlərinə görə, hücumların təşkilində məqsəd psixoloji təzyiq yaratmaqdır: “Bu hücumların miqyası və hədəfə zərbə endirməsi Ukrayna ordusu üçün müharibədə ciddi üstünlük vəd etməz. Amma Rusiyanın mülki əhalisi arasında panika, iğtişaş yarada bilər. Yəni bu cür hücumlar Rusiyaya qarşı psixoloji təsir göstərməkdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

