Yaşıl Qarabağ üçün “Marafon bağı”nın salınmasına start verilir
03.05.2023 [14:47]
Mayın 7-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda növbəti dəfə “Bakı marafonu” keçiriləcək.
Qarabağ Dirçəliş Fondundan (QDF) bildiriblər ki, "Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq marafon insanları bir araya gətirən, əhali arasında birlik və həmrəylik hissinin, həmçinin sağlam həyat tərzinin təbliğini təşviq edən vacib sosial hadisədir.
Cari il Qarabağ Dirçəliş Fondu marafonda tərəfdaş qismində iştirak edəcək.
Marafonun iştirakçıları və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərərə və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı marafonu – 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur. Həmin bağın ərazisində 1500-dən artıq ağac əkiləcək və onların dayanıqlılığının təmin olunması üçün müasir suvarma sistemi quraşdırılacaq.
Qeyd edək ki, eyni zamanda, mayın 7-də marafonun fan zonasında QDF tərəfindən “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılacaq.
Pavilyonu ziyarət edən şəxslər Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumat alacaqlar, eləcə də erməni işğalçılarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, tarixi və dini abidələrimizin fotolarından ibarət “Qarabağda Urbisid” fotosərgisi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Eyni zamanda, ziyarətçilər stenddə quraşdırılacaq ödəniş terminalı və smartfonlar vasitəsilə Qarabağda “Marafon bağı”nın salınmasına dəstək olmaq üçün ağac ianə edə biləcəklər. İanə edən şəxslərə xüsusi “İanə Sertifikat”ları təqdim olunacaq.
Pavilyonun qonaqlarına sərinləndirici içkilər, eyni zamanda, əyləncə və faydalı istirahət üçün xüsusi imkanlar da təqdim olunacaq.
Qeyd edək ki, ekoloji layihələrə dəstəyin göstərilməsi Fondun fəaliyyətinin strateji istiqamətlərindən biridir.
Bu məqsədlə 2021-ci il sentyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

