Vücudunun məzarından qalxan ruh
19.05.2026 [09:54]
Lev Tolstoyun “Dirilmə” romanı haqqında
əvvəli ötən saylarımızda
“Cinayət və cəza”nın epiloquyla səsləşən, şair demiş, “qafiyələnən” bir sonluq. Bəziləri finalı belə açıq saxladığına görə yazıçını qınayırdı, Tolstoy özü isə deyirdi ki, bütün romanı məhz bu sonluğun xatirinə, bu finala gəlib çıxmaq üçün qələmə alıb. Hər iki “qohum” əsər günahkarların dirilməsiylə, onların gələcəyinə ümidlə başa çatır, hər iki əsərdə qəhrəmanların dirilişi İncilin qüdrətiylə baş tutur. Dostoyevski də, Tolstoy da ölü bəndəyə can verən Həzrət İsanın möcüzəsini təkrarlayıb, bədəninə gömülmüş, günahlarına dolaşmış, gövdəsini tabut kimi üzünə qapatmış, vücudunun məzarında qəflət yuxusuna dalmış ruhları dirildir. Hərçənd ruha ölüm yoxdur, ruh həmişə diridir, dirilən - ruhun atıb getdiyi, başsız, yiyəsiz, cansız qoyduğu bədəndir. Ruhun ehya vermədiyi, boğazına çatı salıb yedəyincə hərləmədiyi bədən - ölü candır. Kainatda ən təhlükəli varlıq, atom bombasından qat-qat qorxulu silah da elə - ruhsuz bədən, könülsüz candır; ruhunun buyruğundan çıxan candan, könülsüz sevən bədəndən dünyada nə pislik desən, gözləmək olar.
Dostoyevski-Tolstoy qardaşları mənəvi varlığından - içindəki allahından güc almayan, ruhuyla sazişdən yayınan, ağlını, düşüncəsini instinktlərin, heyvani istəklərin istifadəsinə verən insanın hansı fəlakətlə üzləşdiyini, necə puç, mənasız ömür yaşadığını, heç vaxt dinclik, xoşbəxtlik tapmadığını bizə əyani şəkildə göstərirlər. Belə kitablar bəşərin ruhani yaddaşını vaxtaşırı təzələmək, pozulmaz əxlaq, mənəviyyat qanunlarını unutdurmamaq məqsədiylə yazılır. Bu iki dahinin nicatı xristian dinində görməsi də şərti məsələdir; ayrı qiymətli kitablar kimi İncil də heç vaxt köhnəlməyən, daim təzə-tər qalan əxlaq, mənəviyyat qanunlarının mükəmməl ifadə olunduğu kitabdır. Bir başqası başqa kitaba söykənər, başqa peyğəmbəri özünə örnək götürər. Biri də çıxıb indiyəcən açılmamış qapıları döyər. Əsas odur ki, bu işlər dayanmasın, yer üzündə insan ruhu, insanın mənəvi varlığı müdam işlək halda olsun, hürufilərin rəmzi qılıncı ovxardan düşməsin.
***
O ki qaldı Tolstoyun anarxizminə, bu məsələ də onu Dostoyevskidən ayıran başlıca cəhətlərdən idi. Ömrünün axırınacan borcdan çıxa bilməyən Fyodor Mixayloviçdən fərqli olaraq varlı mülkədar Lev Nikolayeviç sosial utopiyalara meyilli idi, ağlına batan nəzəriyyələri öz mülklərində, ailəsində sınaqdan keçirməyə həvəs göstərir, dar çevrədə qiyaməti elan eləyib məhşər qurmağa, dünyanın sonuna qalmayacağını bildiyindən o sonluğu çəkib öz zamanına gətirməyə bir uşaq inadıyla çalışırdı. Dostoyevskinin məhşəri daha çox antiutopiya janrındadır, onun qəhrəmanı nihilizmdən, anarxizmdən, sosializmdən, yer üzündə özbaşına məhşər qurmaq hərisliyindən uzaqlaşdıqca dinclik tapır, şəfaya çatır; Tolstoyun qəhrəmanısa dövrünün mərəzlərindən sağaldıqca, həyatın necə təhrifə uğradıldığını gördükcə nihilizmə, anarxizmə, sosializmə yanaşır, doğrudur, oralarda da çox bənd almır, özünün redaktə elədiyi xristianlığa qayıdır.
Ancaq onun xristianlığı da, anarxizmi də sosializmə, kommunizmə çox bənzəyir - bu bənzərlik Nexlyudovun yeznəsiylə söhbətində aşkar görünür, adam qəhrəmanı atıb yeznənin tərəfinə keçmək istəyir. Torpaq üzərində xüsusi mülkiyyəti haram saymaq xristian anarxizmi də yox, xalis kommunizmdir. Xüsusi mülkiyyət insanın fitri haqqıdır, onun ləğvinə qol çəkmək insanlığı dünyaya, təbiətə münasibətdə sahiblik hissinin hələ formalaşmadığı, insanın təbiətlə daimi müharibə vəziyyətində olduğu, ölüm-dirim savaşı apardığı ibtidai dövrə qaytarmaq deməkdir. Xüsusi mülkiyyətdən yarımamış Dostoyevski belə bir manifestə, əlbəttə, imza atmazdı. Tolstoyun gəncliyində Parisdə tanış olub maraqla dinlədiyi siyasi anarxizmin banisi Prudonun xüsusi mülkiyyəti oğurluq sayması da təhriflərə, yanlış yozumlara yer qoyan yanaşmadır. Bu məsələdə ən mükəmməl yanaşma individual anarxizmin atası Ştirnerin yanaşmasıdır.
Xüsusi mülkiyyəti nəinki ləğv eləmək, bütövlükdə dünyanı, kainatı ayrıca götürülmüş hər bir fərdin mülkiyyətinə vermək lazımdır. İnsanları aclıqla, yoxsulluqla, heç nəyin yiyəsi olmamaqla yox (çünki onda oğurlayacaq), hər kəsi dünyanın şəriksiz sahibi elan eləməklə bərabərləşdirmək olar. Heç kimin heç nəyin yiyəsi olmadığı, kolxozun ala danasına yüz yerdən əl uzandığı dünyada biz yaşamışıq, elə dünyada xeyir-bərəkət damazlıq tutmaz, düzgünlük işgəncəyə çevrilər, halallıq lağa qoyular. Çexov “Firəng üzümü” hekayəsində Tolstoyun “İnsana çoxmu torpaq lazımdır?” adlı ibrətamiz pritçasında irəli sürdüyü fikirlərlə polemikaya girib personajın dilindən yazırdı: “Deyirlər ki, insana üç arşın torpaq lazımdır. Axı üç arşın torpaq insana yox, meyidə gərəkdir. İnsana üç arşın torpaq, bütöv bir malikanə yox, bütün yer kürəsi, bütün təbiət lazımdır ki, o meydanda azad ruhunun bütün cəhətlərini, bütün xüsusiyyətlərini göstərə bilsin”.
İnsan oğlu dünyanı zəbt eləməlidir, ancaq qoşunla yox, eşqlə - Dostoyevski kimi, Tolstoy kimi. İnsan ruhundan doğulmuş dünyanı geriyə almalıdır, fəqət zorla yox, sevgiylə, nəvazişlə. İnsan dünyaya yiyə çıxmalıdır, amma işğalçı kimi, oğru kimi yox, yerin əzəli-əbədi sahibi, yaradanı kimi. Bəşər təsəvvüründəki ən ali arxetip, ən uca, pak varlıq olan Tanrını necə tanıyırıq - yerin-göyün sahibi, mülkün şəriksiz yiyəsitək. Dindar da, kafir də, deist də, ateist də təxəyyülünə sorğu göndərsə, mütləq bu cavabı alacaq. Bu qədər varlı-dövlətli, bu qədər cah-cəlallı olduğuna görə Allahı qınamırıq ki? Onda bəs insan niyə xəyallarının qəhrəmanına bənzəməyə, idealına oxşamağa çalışmasın? Bütün böyük əməllər xəyal gücünə yaranmırmı?..
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

