Dörd ayda 6 milyard dollardan çox...
19.05.2026 [11:16]
Xarici ticarətdə yüksək müsbət saldo yaranıb
2026-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180-ə yaxın ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 110-a yaxın ölkəyə məhsul ixrac olunub, təxminən 150 ölkədən idxal edilib. Qeyd edilən dövrdə ölkəmizin xarici ticarət dövriyyəsi 17,4 milyard dollar təşkil edib. Ticarətin strukturunda ixracın payı 11 milyard 878 milyon dolları ötüb, idxalın nominal dəyər həcmi isə 5,5 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 2,9 faiz çoxdur. Beləliklə, xarici ticarət dövriyyəsində 6 milyard 353 milyon dollar məbləğində müsbət saldo yaranıb.
İtaliya lider, Türkiyə isə idxalda ikinci ticari tərəfdaşımızdır
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cəmi ticarət dövriyyəsində əsas ölkələr sırasında İtaliya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Almaniya, Yunanıstan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları ilk onluq dövlətləri sırasında yer alır. Region baxımından əmtəə mübadilələrində Avropa İttifaqı 42 faizdən çox yer tutur. Azərbaycanın ixracda bir nömrəli ticarət partnyoru İtaliya, idxalda isə Çindir. Qardaş Türkiyə artıq ikinci ildir ki, idxalda ölkəmizin ikinci ticarət tərəfdaşı kimi mövqeyini qoruyur. ABŞ da əmtəə dövriyyəsində payını artırıb, 4 ayda ticari əməliyyatların həcmi təxminən 340 milyon dollara bərabər olub.
Azərbaycanın xarici ölkələrə ixrac etdiyi məhsulların strukturunda neft və qaz üstünlük təkşil edib, idxalda isə qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri artıb.
Yeri gəlmişkən, cari ilin ötən 4 ayı ərzində Azərbaycan və Ermənistan arasında mal dövriyyəsi bir qədər də artaraq 9 milyon 646 min dollara çatıb. 4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 dollar təşkil edib. Ümumilikdə, bu ölkə ilə ticarətin təxminən 38 faizi və ya 3,9 milyon dollarlıq hissəsi təkcə aprel ayının payına düşüb. Azərbaycan Ermənistana ixracında neft məhsulları əsas yer tutur.
Qeyri-neft məhsullarının ixracı 1 milyard dolları ötüb
2026-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı da artıb. Bu dövrdə qeyri neft-qaz məhsullarının ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faz artaraq 1,1 milyard dollar təşkil edib. İxrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71 faiz, pambıq lifi 49,9 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 32,2 faiz, çay 12,1 faiz, spirtli və spirtsiz içkilər isə 9,4 faiz artıb. Bu dövrdə aqrar məhsullar üzrə ixrac 28,3 faiz artaraq 298,3 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6 faiz artaraq 119 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1 faiz artaraq 417,3 milyon dollara bərabər olub.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Belarus və ABŞ əsas yerləri tutur. İxracda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”, “Agrarco” MMC, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Prime Lm” MMC, ,”P-Aqro” MMC,”Khan-El” Mmc, “Mors Trading” MMC,”Stp Alüminium” əsas yer tutur. Həmçinin, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC xüsusi yerə malikdir. Eləcə də, “SOCAR POLYMER”, “Azəralüminium” MMC, Azərbaycan Respublikası “Azərpambıq” Aqrar Sənaye Kompleksi, “Socar Cape” MMC, “Sənayecihaz” EİM, “İstisu” Mineral Su Zavodu, Qaradağ Şüşə Zavodu da ixracatçıların reytinq siyahısında xüsusi paya malikdir.
Peyk məhsullarının ixracında rekord
Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. 2026-ci ilin ötən dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 30-dan çox ölkəsinə 5 milyon dollardan artıq peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin təqribən 65 faizini təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracında Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç, Nigeriya əsas yer tutub.
Ticarət Evləri ixracın artmasnı təşviq edir
Azərbaycanda qeyri-neft ixracının artmasında müxtəlif ölkələrdə fəaliyyət göstərən Ticarət Evlərinin də rolu mühüm əhəmiyyət daşımaqdadır. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xarici ölkələrdə təsis edilmiş Ticarət Evləri Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycan məhsullarının təkcə satışı və tanıdılmasında böyük rol oynayır.
Son illərdə Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və Ticarət Evləri ilə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər də yeni ixrac bazarlarının təşkilində mühüm rol oynamaqdadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

