Uğurlu enerji siyasəti - Ulu Öndər Heydər Əliyev uzaqgörənliyinin məntiqi sübutu!
12.04.2023 [11:13]
Əgər bu gün bir sıra nüfuzlu beynəlxalq qurumlar və ayrı-ayrı siyasətçilər Azərbaycanın dünyanın enerji siyasətinin lokomotivi olduğunu bəyan edirlərsə, bu həqiqət bilavasitə xalqımızın Dahi oğlu, Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır!
Azərbaycan xalqı Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsindədir və bu tarix ilk növbədə hər birimizin milli qüruru və şərəf mənbəyimizdir. Çünki Azərbaycan xalqı və dövləti məhz onun sayəsində ayaqda dayanmağı, çətin zamanların sınağından başıuca çıxmağı və ən nəhayət, qalib xalq olmağı bacardı. Heydər Əliyev özünün uzaqgörən siyasəti, müdrikliyi ilə onillər sonranı görməklə, mütərəqqi siyasətini müəyyənləşdirməklə dövlətimizin təməl əsasını qoydu, onu yüksəltdi və dünya birliyində mövqe sahibinə çevirmiş oldu.
Bəli, məhz Heydər Əliyev Azərbaycanın gücünün və qüdrətinin artması istiqamətində müəyyənləşdirdiyi siyasətinin mühüm baza prinsiplərini ilk olaraq iqtisadi prioritetlər kontekstində təmin etdi, xüsusilə enerji siyasətində münbit qərarlar verməklə qüdrətli ölkə reallığını yaratdı. Məhz neft siyasəti ilə başlayan bu siyasət sonrakı illərdə enerji siyasətinin tərəqqisi ilə müşahidə olunmağa başladı. Bu baxımdan, xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının hər bir azərbaycanlı üçün mühüm rolu var. Əgər bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verirsə, qlobal enerji layihələrini icra edirsə, ölkəmiz bu sahədə liderlik mövqeyini artırırsa, bunların hər biri Heydər Əliyev faktorunun uzaqgörən siyasətinə əsaslanan faktlardır. Beləliklə, müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında neft strategiyasının həlledici rolu barədə bəhs olunursa, qeyd edilən amilləri ayrı-ayrılıqda dəyərləndirməyin ayrıca yeri vardır.
Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən dünyanın ümumi inkişaf kontekstində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu dəqiq müəyyənləşdirib, qloballaşma müstəvisində layiqli yer tutması üçün yorulmaq bilmədən çalışıb və böyük fədakarlıq sayəsində buna nail olub.
Fakt budur ki, ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi toplanılmış mütərəqqi təcrübəsindən, texniki-intellektual potensialından, habelə transmilli korporasiyalarla əməkdaşlıq şəraitində mənimsənilmiş müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur. Bu gün regionun lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu daxili inkişafı ilə paralel şəkildə dinamik olaraq yüksəlir. Bu xüsusda, zaman keçdikcə daha aydın dərk edilir ki, dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən dünyanın ümumi inkişaf kontekstində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu dəqiq müəyyənləşdirib, qloballaşma müstəvisində layiqli yer tutması üçün yorulmaq bilmədən çalışıb və böyük fədakarlıq sayəsində buna nail olub. Zəngin idarəçilik təcrübəsinə, planetar dünyagörüşünə, çevik siyasi təfəkkürə, iti fəhmə, geniş bilgilərə malik bu nəhəng tarixi şəxsiyyətin gərgin səyləri nəticəsində Azərbaycan qısa bir müddətdə aqrar ölkədən sənaye ölkəsinə çevrilmişdir. Bu, əslində, ölçüyəgəlməz bir irəliləyişdir.
1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı və sonradan tariximizə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Saziş Heydər Əliyevin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Bu uzunmüddətli strateji kursun ideya mənbələrindən, konseptual əsaslarından danışarkən hər şeydən öncə tarixi varislik məsələsi qeyd olunmalıdır. Çünki Ümummilli Lider Azərbaycan neft sənayesinin zəngin keçmişinə, şanlı ənənələrinə istinad edərkən məhz tarixi varislik prinsipini əsas götürmüşdü. Ulu Öndər Heydər Əliyev hələ respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən neft sənayesinin innovativ əsasda təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşıb,
SSRİ-də hökm sürən sərt milli siyasət şəraitində mümkün imkanlardan maksimum yararlanaraq ittifaq əhəmiyyətli perspektivli təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olub. Ötən əsrin 70-80-ci illərində neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılıb, Azərbaycanın öncül mövqeləri qorunub saxlanılıb. Sonrakı proseslərin təhlili göstərir ki, respublikamızın ümumittifaq neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi Ulu Öndərin gələcəyə hesablanmış siyasi uzaqgörənliyinin nəticəsidir. Başqa sözlə, müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təməl daşları hələ o dövrdə qoyulub.
Müstəqilliyimizin tarixində əbədi yer tutan bu enerji strategiyası sadə və dahiyanə hazırlanmışdı
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi 90-cı illərdə mürəkkəb siyasi vəziyyətlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi, arası kəsilməyən xarici təzyiqlər, daxili siyasi çəkişmələr fonunda hakimiyyət böhranı yaranmış, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü. Gənc dövlətçiliyimizin ağır tarixi sınaqlarla üzləşdiyi o dövrdə xalqımızın Heydər Əliyevin ətrafında sıx birləşməsi milli qurtuluş üçün etibarlı təminat yaratdı, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Dövlətin təsisatlanması, dərin və sistemli böhranın dəf edilməsi, iqtisadi-siyasi sabitlik yaradılması kimi kardinal məsələlərin həll imkanlarını araşdıran Ümummilli Lider dünya siyasətində enerji və karbohidrogen
resursları uğrunda gedən çoxəsrlik mübarizədən yararlanmaq yolunu seçmişdi. Lakin dərinlikdə yerləşən dəniz yataqlarında müstəqil fəaliyyət göstərmək Azərbaycanın imkanları daxilində deyildi. Müasir texnologiyalar, texniki avadanlıqlar, böyük maliyyə resursları cəlb edilmədən bu işin öhdəsindən gəlmək olmazdı. Yaranmış situasiyada optimal çıxış yolu transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasından keçirdi. Bu müstəsna siyasi iradə və mətinlik, ardıcıl səylər tələb edən, lakin ümummilli mənafelər üçün ən uyğun konseptual yanaşma idi.
Qeyd edək ki, müstəqilliyimizin tarixində əbədi yer tutan bu enerji strategiyası sadə və dahiyanə hazırlanmışdı: xarici sərmayədarların köməyi ilə neft-qaz və digər enerji sektorlarının gücləndirilməsi, yataqların birgə istismar olunması, hasil ediləcək xam neftin dünya bazarlarına çıxarılması və əldə olunacaq böyük həcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olunması nəzərdə tutulurdu. Məqsəd və məramı ümumdünya siyasi landşaftının dəyişən mənzərəsi ilə harmonik şəkildə uzlaşdığı üçün bu strategiya tez bir zamanda beynəlxalq birliyin nəzər-diqqətini cəlb etdi. Ancaq onu da xatırlatmaq yerinə düşərdi ki, bu mühüm siyasi doktrina da bütün geosiyasi başlanğıclar kimi, ciddi müqavimətlə üzləşdi. Lakin Heydər Əliyev özünə xas müdriklik və siyasi qətiyyətlə maneələri addım-addım dəf edərək qısa müddətdə strategiyanın reallaşması üçün Qərbin aparıcı neft və nüfuzlu enerji şirkətləri ilə danışıqlara start verdi.
Daha bir əhəmiyyəti nüans budur ki, məlum dövlətlərin təzyiqləri səbəbindən gərgin atmosferdə keçən bu danışıqlar Heydər Əliyev siyasətinin dərin bilicisi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılırdı. Beynəlxalq iqtisadiyyatın, pul-kredit sisteminin, biznes mühitinin qanunlarını, milli təbii ehtiyatların işlənməsinə xarici şirkətlərin cəlb edilməsinin hüquqi-idarəçilik əsaslarını mükəmməl bilən, Qərb siyasi təfəkkürünə yiyələnmiş, yüksək iqtisadi menecment səriştəsinə, zəngin diplomatik bilik və bacarığa malik İlham Əliyev güclü arqumentləri ilə danışıqlar prosesində yaranan çətinlikləri də ustalıqla aradan qaldırdı və yekunda ortaya Azərbaycanın milli maraqlarına uyğun bir sərmayə layihəsi qoyuldu.
Beləliklə, iki mühüm faktor - Heydər Əliyev qətiyyəti, İlham Əliyev əzmkarlığı son dərəcə sərt geosiyasi reallıqlara rəğmən, “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi! Bununla da XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən biri rəsmiləşmiş oldu. Kontrakt ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi və siyasi xarakteristikasına görə Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinasını təşkil edirdi.
Ulu Öndər: Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur
Digər tərəfdən də postsovet məkanda Qərb şirkətləri ilə iri neft müqaviləsinin imzalanması Xəzər regionunda beynəlxalq əməkdaşlığın, böyük perspektivlərin bünövrəsini qoyurdu. Bu mənada, “Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün, eyni zamanda, Qərb dövlətləri üçün strateji əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev dünya neft sənayesi tarixində yeni mərhələ açan bu strategiyanı belə dəyərləndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur”.
1997-ci ildə “Çıraq” yatağından ilk neftin çıxarılması kontrakt çərçivəsində qazanılmış uğurların özülünü qoydu. Neft sənayesi obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulmasının təməli atıldı, infrastruktur layihələrinin həyata keçirilməsinə zəmin yarandı. İlk neftin hasilatı ilə “qara qızıl”ın bazarlara çıxarılması məsələsi gündəmə gəldi. Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. Bir il sonra bu xətt istifadəyə verildi. Lakin hasil olunacaq böyük neft həcmləri üçün daha böyük ixrac gücləri tələb edilirdi. Digər tərəfdən Azərbaycan xam neft ixracı kəmərlərinin şaxələndirilməsi prinsipini əsas götürmüşdü. 1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Gürcüstanla sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə bu kəmər və Qara dənizdəki Supsa terminalı istismara verildi. Beləliklə, Azərbaycan nefti Qərbə istiqamət götürdü, əsas məsələ isə yenə həllini tapmadı. Neft hasilatının artımı qısa zamanda yeni ixrac boru kəmərinin inşasını labüd edirdi. Ulu öndər Heydər Əliyev bu zaman Bakı-Tbilisi-Ceyhan (BTC) ideyasını irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək, onun gerçəkləşməsinə nail oldu.
Zaman növbəti dəfə dahi rəhbərimiz Heydər Əliyevin müdrikliyini dünyaya nümayiş etdirdi!
Geostrateji önəm kəsb edən bu kəmər Bakını inkişaf etmiş Qərb dövlətləri ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə tutulurdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. KİV bu hadisəni dünya neft sənayesinin inkişafında dönüş nöqtəsi kimi qiymətləndirdi. Bu isə təsadüfi deyildi. Müasir texnoloji fikrin mürəkkəb konstruksiyalı məhsulu olan bu xəttin əfsanədən reallığa çevrilməsi xam neft satışında monopoliyaya son qoymuşdu. Zaman növbəti dəfə dahi rəhbərimiz Heydər Əliyevin müdrikliyini dünyaya nümayiş etdirdi, Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurulmuş çoxşaxəli ixrac strategiyasının qələbəsini əyani şəkildə göstərdi. Xarici səhmdarlar tərəfindən ulu öndər Heydər Əliyevin adı verilmiş bu kəmərin coğrafi-siyasi əhəmiyyəti indi bütün dünyada birmənalı etiraf olunur. BTC artıq beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən mühüm texniki-iqtisadi infrastruktur kimi rəğbət qazanmışdır.
Artıq biz əminliklə deyə bilərik ki, Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib və o da təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Təbii ki, bu reallıqların həyata keçirilməsinin daha bir mühüm amili Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirməsi gerçəkliyinə söykənir. Məhz Heydər Əliyevin müəyyən etdiyi bu siyasətin inkişaf və tərəqqi etdirilməsi sonda Azərbaycanın dünya birliyindəki mövqeyini möhkəmləndirib. Azərbaycan nəinki söz sahibidir, ölkəmiz həm də bir sıra qlobal məsələlərdə təşəbbüskar roluna malikdir və əldə edilən hər bir uğurun əsasında da Ulu Öndər Heydər Əliyev siyasətinin bariz və əbədi siyasəti dayanmaqdadır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə Azərbaycanın daha nəhəng prioritetlərə imza atacağı anonsunu verməkdədir. Əgər bu gün bir sıra nüfuzlu beynəlxalq qurumlar və ayrı-ayrı siyasətçilər Azərbaycanın dünyanın enerji siyasətinin lokomotivi olduğunu bəyan edirlərsə, bu həqiqət bilavasitə xalqımızın Dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır!
Muxtar NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

