DSMF: Jurnalistlərin iş stajı əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur
13.02.2023 [18:48]
Ötən ilin oktyabr ayından media subyektləri, jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciət edirlər. Ancaq media reyestrinə müraciət zamanı bir çox jurnalist iş stajının tam olaraq hesablanmaması problemi ilə qarşılaşıblar.
Əgər elektron sistemdə staj 3 ildən az görünürsə, iş ilinə baxmaq üçün əmək kitabçasının notarial təsdiqi istənilir. Daha artıq staj görünəndə kitabçanın notarial təsdiqi tələb olunmur. Ancaq əgər elektron sistemdə əvvəlki illərin iş stajı görünmürsə, bu zaman da əmək kitabçasının notarial təsdiqi tələb olunur.
Bütün bu məsələlərlə bağlı jurnalistlərin sosial şəbəkələrdə də müraciətləri yayımlanır. Eyni zamanda, gələcəkdə pensiya yaşı çatan zaman da müəyyən problemlərin ortaya çıxacağı narahatlığını yaradır.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, jurnalistlərin iş stajı, digər sahələrdə çalışan vətəndaşlarımız kimi, əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur: “Bu staj haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü ildən işə salınan “Əmək və Məşğulluq” altsistemində əksini tapır. 2014-cü ildən öncəki iş stajı haqqında məlumatlar isə hər bir media işçisində mövcud olan əmək kitabçasında əksini tapır.
Media reyestri ilə bağlı tələblərdə məhz bu amil əsas götürülür. Nazirlik olaraq Medianın İnkişafı Agentliyi ilə fəal əməkdaşlıq edilir, müvafiq elektron informasiya sistemlərinin Agentliyin informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası təmin olunub.
Qaldı ki, jurnalistlərin gələcəkdə pensiya hüququ məsələsinə, bu hüquq sığorta stajına uyğun olaraq təmin edilir. Belə ki, 2006-cı ildən ölkəmizdə tətbiq edilən fərdi uçot sistemində sosial sığorta ödəmələrinin həyata keçirildiyi dövrlər (sığorta stajı) və toplanmış pensiya kapitalı əksini tapır. Pensiya kapitalı təkcə əmək müqaviləsi ilə deyil, VÖEN və ya mülki müqavilə ilə çalışan hər kəslə bağlı ödənilən sığorta haqları hesabına formalaşır”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli APA-ya açıqlamasında qeyd edib ki, artıq uzun müddətdir pensiya sistemi avtomatlaşdırılıb: “Ödəniş edilibsə, deməli, qeydiyyat var. 2006-cı ildən ölkədə rəsmi qaydada çalışanların fərdi uçot kodu və fərdi pensiya sistemi var. Dövlət Sosial Müdafiə Fondu üçün ödənilmiş vəsaitlər həmin kod üzrə qeydə alınır. Burada işçini qeydiyyata salmadan ödəniş edilməsi qeyri-mümkündür. Ola bilsin ki, işçi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi xidmət müqaviləsi bağlanılıb. Amma bu halda da ödəmələr gedir və onların uçotu kənarda qalmır. Yox, əgər staj qeydə alınıb və sistemdə görünmürsə, bu texniki məsələdir. Bunun üçün jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə, stajlarını yenidən hesablatdıra bilərlər. Lakin bu da inandırıcı deyil. Çünki dediyim kimi 2006-cı ildən rəsmi qaydada çalışanların qeydiyyatı avtomatik qaydada hesablanır və hər birinin fərdi identifikasiya kodu mövcuddur ki, ödənişlər bura köçürülür”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

