Çap mediasının gəlirləri...
07.02.2023 [10:42]
Media subyektləri vergilərdən azad edilir
Nicat Dilqəmli
Son illər ölkəmizdə media sahəsində islahatların aparılması davamlı xarakter alıb. Həyata keçirilən uğurlu layihələr KİV-nin maddi-texniki imkanlarının artırılmasına, nəticə etibarı ilə peşəkar media mühitinin formalaşmasına gətirib çıxarır. Bu yerdə dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasını qeyd etməkdə xüsusi fayda var. Bu günə qədər agentlik tərəfindən reallaşdırılan layihələrin müsbət nəticələri artıq özünü göstərir. Jurnalistikanın bütün sahələrini əhatə edən bu layihələr qələm adamları, ümumilikdə ölkə ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilməkdədir.
Məlum olduğu kimi, onlayn medianın daha çox aktuallaşması ilə ənənəvi media, xüsusilə də çap mediası müəyyən bir müddət ərzində yeni media ilə yarışda uduzmaq həddinə yaxınlaşdı. Məhz buna görə dövlət tərəfindən çap mediasının inkişafının sabitliyini təmin etmək məqsədilə bir sıra önəmli qərarlar qəbul olundu. Fəaliyyəti, inkişafı diqqət mərkəzində saxlanılan çap mediasına dövlət tərəfindən göstərilən dəstək bu gün də davam etdirilməkdədir. Belə ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapan məsələlərdən biri də media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsidir. Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın
1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq. Qeyd edək ki, vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.
Dəyişikliklə bağlı “Yeni Azərbaycan”a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bunu dövlətin mediaya dəstəyinin növbəti uğuru olaraq qiymətləndirdiyini bildirib: “Dövlət tərəfindən bu günə qədər media sahəsinin inkişafı ilə bağlı bir sıra önəmli addımlar atılıb. MEDİA agentliyi yarandığı gündən bu günə qədər Azərbaycan mediası üçün xeyli müsbət iş görüb. Bu yerdə iki il öncə çap məhsullarının ƏDV-dən azad edilməsini də xüsusi qeyd etmək istərdim. Bu qərar çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin ciddi şəkildə azalmasına, nəticədə bu sahədə fəaliyyət göstərən subyektlərin inkişafına təkan vermiş oldu”.
B.Quliyev deyir ki, bu, media vasitələri üçün inkişafın yeni bir formasıdır: “Medianın inkişafı ilə bağlı gördüyü işlər bu gün də uğurla davam edir. Milli Məclisdə Vergi Məcəlləsinə edilən sözügedən dəyişiklik bunu bir daha nümayiş etdirdi. Media subyektlərinin ƏDV-dən azad olunmasını da təqdirəlayiq hesab edirəm. Güzəştlərin edilməsi dövlətin media sahəsinə olan yüksək diqqət və qayğısının göstəricisidir. Ola bilər ki, bu məbləğ kiməsə az görünə bilər, amma ümumi götürdükdə kifayət qədər böyük bir məbləğdir”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, bu dəyişiklik mətbuatın inkişafında yeni mərhələ aça bilər: “Bu müzakirələrin parlamentdə davam etdirilməsi yaxşı bir haldır və çoxdan başlanmış olan prosesin uğurla davam etdiyini göstərir. MEDİA yaranan gündən bu istiqamətdə addımlar atılır. Müvafiq orqanlarla biz bunu dəfələrlə müzakirə etmişik, müxtəlif vaxtlarda bu təşəbbüslər qaldırılıb. Məntiq də göstərir ki, əgər dövlət medianın inkişafı və özünü təmin etmək səviyyəsinə qədər möhkəmlənməsində maraqlıdırsa, yardım göstərirsə, belə şəraitdə müəyyən istiqamətlərdə vergi yüklərinin azaldılması və yaxud müvəqqəti güzəştlərin tətbiq olunması mediaya dövlət dəstəyinin nümayişi kimi öz müsbət nəticələrini göstərə bilər. Buna görə də hazırda mətbuatın müxtəlif vergilərdən, o cümlədən, mənfəət, sadələşdirilmiş və gəlir vergilərindən, eyni zamanda, məhsulların satışından əldə edilmiş ƏDV-dən azad edilməsi əlbəttə bütün medianın ürəyincədir və mətbuatın inkişafında yeni mərhələ aça bilər”.
“Bir müddət əvvəl medianın inkişafında təsirli addımlardan biri olan çap məhsullarının ƏDV-dən azad olunması kimi bir addım atılmışdı. Bu, bazarda müəyyən formalarda öz təsirini göstərdi. Düşünürəm ki, vergilərin aradan qaldırılması, güzəştlərin tətbiq edilməsi həmin konsepsiyanın davamıdır. Bu güzəştlər yalnız medianın xeyrinədir və dövlətin, hökumətin həqiqətən də medianın üzərində düşündüyünün bir əlamətidir. Bu istiqamətdə başlanılmış işin başa çatdırılması bütün jurnalistlərin ürəyincədir. Mən bunu
MEDİA-nın xeyli vaxtdır başlatdığı prosesin məntiqi davamı və uğurlu nəticələrindən biri saymağın tərəfdarıyam”, - A.Quliyev fikirlərinə əlavə edib.
Media eksperti Azər Həsrət Vergi Məcəlləsinə edilən dəyişikliyi təqdirəlayiq hesab edir: “Əlbəttə, bu, sevindiricidir. Çünki Azərbaycan mediası həqiqətən də gəlir vergisi və ya başqa adlar altında yığımlara duruş gətirə biləcək qədər geniş imkanlara malik deyil. O baxımdan, dövlətin media üçün bu vaxta qədər yaratdığı şərait, özəlliklə də maliyyə dəstəyi təmin etməsi, hətta ulu öndər Heydər Əliyevin dövründə medianın borclarının dövlət hesabına silinməsi kimi faktlar var. Və əlbəttə ki, bu faktlar Azərbaycan mediasının ayaqda durmasını, yaşamasını təmin edib. Prezident İlham Əliyev də bütün fəaliyyəti dövründə həmişə açıq şəkildə bəyan edib ki, biz əlimizdən gələni edəcəyik ki, Azərbaycanda müstəqil, öz ayaqları üzərində dura bilən media olsun. Bu baxımdan, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər təqdirəlayiqdir. Yəni mediamızın xilası, çətinliklərdən çıxa bilməsi üçün Azərbaycan dövləti daha bir nəfəslik açır”.
Media mütəxəssisinin fikrincə, bununla mediada keyfiyyət artacaq, yüksələcək: “Yəni əlavə gəlir imkanları yaranacaq. Və bu imkanlar da daha keyfiyyətli media məhsullarının istehlakçılara, istifadəçilərə təqdim edilməsinə şərait yaradacaq. Bu dəyişikliyi təqdir edirəm və sevinirəm ki, dövlətimiz medianın ayaqda durması üçün davamlı şəkildə bu addımları atır”.
Dövlət tərəfindən media sahəsinə göstərilən xüsusi diqqət və qayğı, layihəsi uğurla reallaşdırılan layihələr - media islahatları qarşıdakı mərhələlərdə Azərbaycan mətbuatının, jurnalistikasının inkişafının təminatçısıdır.
Xəbər lenti
Hamısına baxHadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05

