Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş Prokurorluq: Vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluq: Vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

24.01.2023 [11:30]

Bəzi sosial şəbəkə və media səhifələrində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Neftçala Rayon Prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan faktla bağlı 2022-ci il oktyabrın 21-də Neftçala Rayon Prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılıb:

(https://genprosecutor.gov.az/az/post/5746).

"Bildiririk ki, Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev bu il yanvarın 23-də Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4-cü (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Baş Prokurorluğun mətbuat xidməti bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən rəsmi mənbədən dəqiqləşdirməyə və qərəzsiz olmağa çağırır.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31