Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağalıda bazar fəaliyyətə başlayıb

Ağalıda bazar fəaliyyətə başlayıb

21.10.2022 [11:39]

Zəngilanın Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)  verilən məlumata görə, KOBİA-nın, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 m2-dir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və s. məhsullar satılacaq.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30