/ / Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
17.10.2022 [12:24]
Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Ombudsman Aparatından daxil olan müraciətdə deyilir:
"Sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video yayılıb. Həmin videodan ermənilər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində dəfn olunmuş azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi məlum olur.
Xatırlatmaq istərdik ki, Ermənistanın işğalı dövründə Füzuli, Zəngilan, Ağdam rayonlarında dağıdılaraq təhqir edilmiş qəbiristanlıqlarla bağlı Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq cari ildə hazırlanmış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmış hesabatda azərbaycanlılara məxsus məzar daşlarının kütləvi şəkildə dağıdılması, qəbirlərdən kəllə sümüklərinin çıxarılması və qızıl dişlərin götürülməsi kimi faktlar qeyd olunmuşdu. Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməməsi bu günə qədər bu kimi insanlığa sığmayan, dini etiqad azadlığının kobud şəkildə pozulmasına səbəb olan, nifrət dolu cinayətkar əməllərin davamlı olaraq törədilməsinə və ictimailəşdirilməsinə şərait yaradıb.
Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanla bağlı yanlış fikir formalaşdırmağa hesablanmış addımlarının son zamanlar daha geniş vüsət aldığını nəzərə alaraq, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu cür vandalizm hallarına biganə qalmamağa, milli-dini ədavəti qızışdıran təxribatçı əməllərin törədilməsinə rəvac verməklə regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları hədəfə alan Ermənistanın nifrət siyasətindən əl çəkməsi üçün təsirli tədbirlər görməyə çağırırıq".
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

