Milli Məclisin plenar iclasında...
15.10.2022 [09:52]
Oktyabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib.
Cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır. Onun sözlərinə görə, senat Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır. Belə qətnamə qəbul edilsə, Azərbaycan Fransadakı səfirini geri çağırmalı, diplomatik münasibətlərə yenidən baxılmalıdır.
Sonra “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında”, “Dövlət rüsumu haqqında”, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, Əmək Məcəlləsində, “Əmək pensiyaları haqqında”, “Dövlət qulluğu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Deputat Vahid Əhmədov qanun layihələrinin müzakirəsi zamanı maliyyə amnistiyasının tətbiq edilməsi haqqında təklif səsləndirib. Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, Maliyyə amnistiyası tətbiq edilən ölkələrdə iqtisadiyyat tam kriminallaşır.
V.Əhmədov şəhid ailəsi və qazilərin problemləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmələrin keçirilməsini də təklif edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, şəhid ailələrinin mənzil təminatı 2024-cü ilin sonuna kimi hər kəsi əhatə edəcək. Demək olar ki, bütün şəhidlərin adlarının əbədiləşdirildiyini vurğulayan deputat şəhid ailəsi üzvləri üçün güzəşt və imtiyazlardan söz açıb. Onun sözlərinə görə, qanunvericilikdə 20-yə yaxın belə imtiyaz nəzərdə tutulub və hamısı da həyata keçirilir.
Milli Məclisin deputatı Siyavuş Novruzov müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı əlavə imtahanların ləğvini tələb edib. Deputat dövlət ali təhsil müəssisəsini qırmızı diplomla bitirən müəllimin işə qəbul üçün yenidən imtahandan keçdiyini xatırladıb. O bildirib ki, onsuz da həmin şəxs ali təhsil aldığı müddətdə kifayət qədər biliyə sahiblənib.
Ardınca İnzibati Xətalar Məcəlləsində, “İcra haqqında”, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında”, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda müzakirələrdən sonra təsdiqlənib.
Sonda sədr bildirib ki, Milli Məclisin növbəti plenar iclası oktyabrın 18-də -Müstəqilliyin Bərpası Günündə keçiriləcək.
Beləliklə, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başa çatıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

