Ağatlı Ağoğlan
13.10.2022 [10:23]
Şuşaya açılan Zəfər qapısı
Təəssüratların ikinci pilləsi
Hələ uşaq yaşlarından öyrənmişik, qarşıda iki yol varsa, mütləq işıq gələn tərəfə getmək lazımdır. Tanrı bizə elə yol açıb ki, seçim etməyə də ehtiyac yoxdur. İndi bizim bir yolumuz var, o da işıqlıdır. Hadruta gedirik. Şuşaya aparan yolun qürurlu bələdçisi, yolları dərə-təpə Hadruta. Yolların ağası, ağ atlı, ağ xalatlı, ağ örpəkli Hadruta.
Əlimiz boş olsa da, ürəyimiz dolu gəlmişik. Kimisi şeir, kimisi söz gətirib. Mən isə salam gətirmişəm Ağoğlana. Qonşuluqda yaşayan Vüqar dayının salamı var vüqarlı dağlara. Hələ vüsalına çatmayan Vüsalə xalanın hər daşa, hər bucağa ayrı-ayrı salamı var. Balaca Əfsanənin də ürək sözləri var sərvboylu, yaşıl sinəli, ağsaçlı Ağoğlana. Bu yerləri görənin, görməyənin, görə bilməyənlərin hər birinin salamı var...
Şuşanın gözəlliyi məni elə ovsunlayıb ki, hər gedəndə oradan nəsə yazmasam, olmaz. Bunu ətrafımdakı yaxınlarım da bilir, elə avtobusdakı səfər yoldaşlarım da. Hər kəsin bu barədə dediyi bir söz var idi. Sən hələ Hadrutu görəsən... O vaxt görə bilməsəm də indi görürəm. Dağları göylərdən uca Ağoğlanın könlümü ələ alıb ovsunlaması bir baxış qədər zaman alır. Buranın əhəmiyyətini bilirəm, axı. Sevməyə də bilməzdim. Hadrut bizim üçün Şuşaya açılan Zəfər qapısı idi. İndi bu qapının aralığında dayanıb Şuşaya gedən əzəmətli yolu qürurla izləyirik.
Burada adamı ən çox cəlb edən Hadrutun sıx meşələridir. Cəmi 1500 addım var, 1500 erməni hərbçisinin asta qaçan namərddir deyib, 50 XTQ əsgərindən qaçaraq ilim-ilim itdiyi meşələrlə aramızda. Meşələrə baxdıqca hələ dünyaya gəlmədiyim zamana - 30 il əvvələ qayıdıram. Bəlkə elə bu meşənin içi ilə neçə azərbaycanlı haray qopararaq öz evini tərk edib, neçəsinin gözü illər boyu arxada qalıb, nakam köçüb fani dünyadan. İnsan yaşatdığını yaşamadan ölməzmiş. Uzun illər bu cümlənin doğruluq payına sığınıb ayaqda qalmışıq, ümidimizi üzməmişik. Haçansa əl-qolumuzun bağlanan yerində məşhər gününə inanmışıq. Qisası qiyamətə saxlamayan Azərbaycan Ordusu sanki Tanrının da yükündən azaltdı. Düşünüb danışdıqca yaralar təzələnir. Bu qəmgin notlara ara verməliyəm...
Hadrut qurulur, abadlaşır, işıqlanır. Düşmənin zor gücünə qapısını qırıb yaşadığı Hadrut indi yeni infrastrukturu ilə bütün ətraf rayonları işıqlandıracaq. Biz də torpaqlarımız kimi qaranlığı arxada buraxıb aydınlıq günlərə sarı getməliyik.
Avtobusa qayıdıb həm aydınlıq günlərə, həm də Hadrutun salamat qalan məşhur daşını görməyə gedirik. Əksəriyyətimizin yadındadır, Qarabağda işğalçıların xeyrinə yalan informasiyalar yayan təxribatçı “jurnalist” Semyon Peqov məhz həmin ərazilərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası çərçivəsində erməni əsgərlərinin meyitlərini toplamaq üçün girən avtomobillə gələrək çəkiliş aparmışdı. O bununla Hadrutun Azərbaycanda olmadığını sübut etməyə çalışırdı. Amma Azərbaycan Ordusu Hadrutun hər daşına sahib olduğunu bir daha sübut etdi.
Bəlkə də bu dünyada Qarabağda daş üstə daş qoymayanların Hadrutun bir daşı ilə təsəlli tapıb, sevinməsi qədər təzadlı məqam yoxdur. Azərbaycan Ordusu hər məsələdə öz-özünü təkzib edən düşmənin də tarixini yenidən yazdı. Həm işğal tarixini, həm də Hadrutdakı o məşhur daşı Azərbaycan reallığına uyğunlaşdırdı. Ordumuzun şücaəti sayəsində bu dünyanın qara daşı da göyərdi.
Hər zaman inanmışam, tarixi ədalət öz yerini tapır. Sadəcə, bunun geci, tezi var. Biz səbr edib muradına çatanlardan olduq. İndi bu qürurlu dağlara baxanda düşmənin hüsrana uğramış xəyallarını görürəm. Onlar düşünməzdi ki, biz Qarabağa elə arxalandıqları dağlardan keçib gələcəyik. Düşmənin ağlına gəlməyəni başına gətirdik. İndi isə “Dəmir yumruq” abidəsinin yanından keçərək, Şuşaya qalxırıq. Hadrutun sinəsindən cığır açan Şuşaya...
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

