Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qusarda bir ailənin 5 üzvü evdə ölü tapılıb, cinayət işi açıldı - Yenilənib

Qusarda bir ailənin 5 üzvü evdə ölü tapılıb, cinayət işi açıldı - Yenilənib

17.02.2022 [16:24]

Qusarda bir ailənin 5 üzvünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

16.24

Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

"Report"un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hazırda hüquq-mühafizə oraqlanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu “Report”a faktı təsdiqləyib.

Paylaş:
Baxılıb: 1039 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31