Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / QMİ-nin bu səlahiyyətləri digər orqana verilir

QMİ-nin bu səlahiyyətləri digər orqana verilir

01.02.2022 [13:29]

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sabah keçirilən iclasında müzakirə edilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş:
Baxılıb: 844 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31