Gələcək 10 ilin siyasi-iqtisadi istiqamətlərini müəyyənləşdirən görüş...
13.05.2026 [09:15]
Trampın Çin səfəri: nələr dəyişəcək?
Beynəlxalq aləmin maraqla gözlədiyi gün yetişib - bu gün ABŞ prezidenti Donald Trampın Çinə səfəri başlayır. Səfərdən öncə siyasi təhlilçilər, xüsusilə də, Qərb mediası yazırdı ki, bu səfər gələcək 10 ilin siyasi, hətta iqtisadi istiqamətlərini müəyyənləşdirə bilər. Bəziləri bu səfərin nəticəsi kimi qütbləşmənin daha da dərinləşəcəyini, bəziləri isə iqtisadi faktorun yenə də ön plana çıxacağını və müzakirələrin nəticəsi kimi hətta bir neçə münaqişənin öz həllini tapacağını düşünür. Tramp isə Çinə səfərindən sonra “Əla şeylərin baş verəcəyini” proqnozlaşdırır. ABŞ prezidenti bu barədə Truth Social-da yazıb - Donald Tramp Çinə səfəri zamanı həm Vaşinqtonu, həm də Pekini “əla şeylər”in gözlədiyini bəyan edib: “Səbirsizliklə özümün Çinə səfərimi, hər kəsin hörmət etdiyi lider Si Cinpinlə görüşümü gözləyirəm. Hər iki ölkə üçün əla şeylər olacaq”.
Qeyd edək ki, Trampın səfəri 13-15 may tarixlərini əhatə edəcək. Bu, onun 2017-ci ildən bəri Pekinə ilk səfəri olacaq. Əvvəlki görüş mart ayının sonunda planlaşdırılsa da, səfər Yaxın Şərq müharibəsi səbəbindən təxirə salınmışdı. Liderlər ötən ilin payızında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində görüşmüşdülər. Bu görüş isə 2019-cu ildən ilk görüş idi.
Pekinə kimlər gedib?
CNBC Ağ Ev sözçüsünə istinadən Trampla birgə Çinə səfər etməsi planlaşdırılan iş adamlarının da adlarını yayıb. Bildirilir ki, “Tesla” şirkətinin baş direktoru İlon Mask, “Apple” şirkətinin baş direktoru Tim Kuk, “BlackRock” şirkətinin baş direktoru Larri Fink və “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq də daxil olmaqla, bir sıra böyük Amerika şirkətlərinin rəhbərlərinə Trampı bu səfərində müşayiət etmək üçün dəvət göndərilib. Səfərdə həmçinin “Blackstone”, “Mastercard”, “Meta”, “Micron”, “Qualcomm” və “Visa” şirkətlərinin nümayəndələri də daxil olmaqla, bir sıra digər böyük korporasiyaların yüksək vəzifəli rəhbərlərinin də iştirakı gözlənilir. Qeyd edək ki, məlumata görə, Trampın Çin səfəri zamanı əsas müzakirə predmetləri kimi ticarət, süni intellekt, ixrac nəzarəti, Tayvan və İranla bağlı məsələlər qeyd olunub.
Rusiya müzakirəsi də ola bilər...
Danışıqlar ölkələr arasında son zamanlar artan gərginlik fonunda baş tutacaq. Politico ABŞ-Çin münasibətlərinin Vaşinqtonun İrana kömək etməkdə ittihamları və ABŞ Dövlət Departamentinin üç Çin şirkətinə qarşı sanksiyalar tətbiq etməsi səbəbindən yeni bir gərginlik mərhələsinə qədəm qoya biləcəyini vurğulayır. Xatırladaq ki, məhdudiyyətlər İrana Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr üçün peyk görüntüləri təqdim etdiyi idda olunan “Meentropy Technology” (Hangzhou) Co. Ltd, “The Earth Eye” və “Chang Guang Satellite Technology” Co.-ya tətbiq edilib.
Reuters xəbər verir ki, Pekinin Rusiyaya dəstəyi də müzakirə mövzusu ola bilər. Qərb mediasının xəbərlərinə görə, Prezident Trampın Pekinə səfəri zamanı müzakirə etməyi planlaşdırdığı mövzulardan biri Rusiya-Çin münasibətləri və Çinin Moskvaya dəstəyi olacaq.
İran amili - Pekin nə deyəcək?
Bəzi Qərb siyasətçiləri Trampın səfərini “Çin uğrunda mübarizə” kimi qiymətləndirir. Xatırladaq ki, mayın 6-da İranın xarici işlər naziri Abbas Əraqçi də Çinə səfər etmişdi. Bildirilir ki, Tehran üçün bu səfər Pekinin İranı dəstəkləməyə nə dərəcədə hazır olduğunu (ən azı BMT Təhlükəsizlik Şurasında) və İran məsələsində amerikalılara hansı güzəştləri edə biləcəyini dəqiqləşdirmək üçün fürsət idi. Təsadüfi deyildi ki, Əraqçinin Pekinə səfərindən əvvəl ABŞ Dövlət katibi Marko Rubio Çini Hörmüz boğazını açmaq üçün İrana təzyiq göstərməyə çağırmışdı. Məlum olduğu kimi, Pekin ABŞ-ın İran limanlarını dəniz blokadasına salmasını kəskin şəkildə tənqid edərək, bunu son dərəcə təhlükəli adlandırmışdı.
Qeyd edək ki, Çin iqtisadiyyatı həqiqətən də Hörmüz boğazı vasitəsilə idxal olunan enerji təchizatından əhəmiyyətli dərəcədə asılıdır: Baş Gömrük Administrasiyasının məlumatına görə, Yaxın Şərq ölkənin neft istehlakının təxminən yarısını və mayeləşdirilmiş təbii qazının təxminən üçdə birini təşkil edir.
Tayvan məsələsi həll ola bilər?
Səfərdən öncə Dövlət katibi Rubionun da açıqladığı kimi, iki lider arasında müzakirə olunacaq digər vacib mövzu Tayvan məsələsi olacaq. Bəllidir ki, bu məsələ Pekin üçün bütün qlobal geosiyasi münaqişələrdən vacibdir. Pekin Vaşinqtonu Çinin qanuni ərazisinə, Tayvan adasına silah tədarükünü azaltmağa (və ideal olaraq dayandırmağa) məcbur edə bilər. Bir sıra politoloqlar Tayvan məsələsindəki susqunluğun davam edə biləcəyini vurğulayır - bəziləri isə, ABŞ-ın burada da mühüm yeniliklərə imza atacağını proqnozlaşdırır. Əsas isə Rubionun açıqlamasıdır - Dövlət katibi qeyd edib ki, ABŞ-ın istər Tayvanda, istərsə də Hind-Sakit Okean bölgəsindəki başqa bir yerdə qeyri-sabitlik yaradan hadisələrə qətiyyən ehtiyacı yoxdur. ABŞ-ın isti münasibət göstərəcəyinə ümid edənlərin ən mühüm arqumenti isə Trampın Tayvan məsələsinin qarşılığında İran məsələsində daha çox güzəşt əldə edə biləcəyi ehtimalıdır.
ABŞ rüsum siyasətində dəyişiklik edəcəkmi?
Bəzi nəşrlər bu səfərin ABŞ-ın daxili siyasi nizamına da təsirsiz ötüşməyəcəyini yazır. “Politic” bildirib ki, ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşmək üçün Çinə səfəri onun üçün ciddi bir sınaq olacaq - çünki Pekinlə potensial biznes sövdələşmələri respublikaçıların daha əvvələr Çinə qarşı səsləndirdikləri siyasi tənqidlərlə ziddiyyət təşkil edir. Nəşrin məlumatına görə, Respublikaçılar və Demokratlar Çinlə hər hansı potensial sövdələşmələr barədə narahatlıqlarını bildiriblər. Tramp administrasiyası daxilində bəzi müşavirlər prezidentdən Çindən ixraca məhdudiyyətləri saxlamağı tələb ediblər. Xüsusilə, avtomobil, yüksək texnologiyalı yarımkeçiricilər və əlaqəli texnologiyalar kimi sahələrdə bu vacib sayılır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

